Icma.az
close
up
RU
“Azərbaycanda ilk dəfə bu miqyasda kitab mükafatı təsis olunur” ŞƏMİL SADİQ TƏNQİDLƏRƏ CAVAB VERDİ

“Azərbaycanda ilk dəfə bu miqyasda kitab mükafatı təsis olunur” ŞƏMİL SADİQ TƏNQİDLƏRƏ CAVAB VERDİ

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Kitab Mükafatı 2026-cı ildə elan olunacaq.

Bu barədə Mədəniyyət Nazirliyinin rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov bildirib.

Mükafat laureatı bir nəfər müəyyənləşəcək. Qalibə 50 min manat pul mükafatı, diplom, döş nişanı təqdim ediləcək. Qalib olan kitab 3000 tirajla çap olunacaq, 2 ölkədə yayımlanacaq, 4 dilə tərcümə ediləcək və satışı təmin ediləcək. Satışdan gələn gəlir bütövlükdə müəllifə ödəniləcək.

Mükafata iki kateqoriya üzrə əsər qəbulu mümkün olacaq: nəsr (roman və hekayələr toplusu) və poeziya (şeirlər və mənzum hekayələr).

Müsabiqəyə hər nəşriyyat 2 əsər, hər ədəbi orqan isə tamamilə çap etdiyi 1 əsər təqdim edə bilər.

Əsərlərin qiymətləndirilməsi bir neçə mərhələ üzrə aparılacaq. Birinci mərhələdə sentyabr ayında Ekspertlər Şurası tərəfindən 10 əsərdən ibarət uzun siyahı tərtib ediləcək. Noyabr ayında isə xüsusi komissiya 5 əsərdən ibarət qısa siyahını müəyyənləşdirəcək. Elə həmin ay isə Azərbaycan Kitab Mükafatının laureatı elan olunacaq.

Onu da qeyd edək ki, mövzu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Gununsesi.info bildirir ki, filologiya elmləri üzrə fəlsəfə doktoru Şəmil Sadiq məsələyə belə münasibət bildirib:

“İlk baxışdan möhtəşəm xəbərdir! Amma xəbər yayılan  kimi ədəbi cameəmizdə fərqli, hətta neqativ fikirlər səslənməyə başlayır.

Biri yazır: “Onsuz da saxtakarlıq olacaq!”

O biri deyir: “Dövlət kitaba mükafat verirsə, demək, ədəbiyyatın boğazına ip keçirilib!”

Yəni adamlar elə bilir ki, mükafatı elan edən kimi kimlərsə gəlib kitabların ağzına  senzura yapışdıracaq.  Dövlət vəsait ayıracaq ki, gəl azad yaradıcılıq adı ilə milli mınafeyi tapdalayan əsər yaz! Yəqin ki, bu mövzuda meyarlar, şərtlər də olacaq, məncə də olmalıdır. Azad ədəbiyyat “Daş yuxular” yazmaq ola bilməz.

Halbuki, bir az sakit baxsaq, ortada çox sadə və tarixi bir hadisə dayanır: Azərbaycan tarixində ilk dəfə bu miqyasda bir ədəbiyyat mükafatı təsis olunur.

Sanki hər bir dövlət qrumunun addımını tənqid etməyi özümüzə borc bilirik. Bəzilərinin boynunda “mənim işim bəyənməməkdir” yazısı var və hər vəchlə, hər yerdə bunu biruzə verməyə çalışır. Adam bir yaxşı iş görəni tərifləməli, motivasiya da etməlidir ki, həvəslənsin, daha yaxşısını etməyə çalışsın.

Ədalət naminə deyim: Şəxsən mən (ANAİB sədri olaraq) bu illər ərzində üç nazirə kitab siyasəti ilə bağlı 10 bəndlik təkliflər yazmışam, üz-üzə də müzakirə etmişik. Elə yazarlar, naşirlər – hamımız illərlə bu və bu kimi layihələri istəmişik, tələb etmişik, dilə gətirmişik.

İndi arzumuza bir neçə addım qalmışkən, təşəkkür etmək yerinə, başlamışıq mükafatın başına baltanı dirəməyə. Başa düşürəm, bəzən kiminsə kimdənsə işi keçməyəndə aqressiyasını başqa yerdə çıxarmaq istəyir, amma bu da o məşhur ifadəyə çevrilir: “Gəlin xoşa gəlməyəndə yerişi də adama tap-tap gəlir.”

Adam az qalır, onların əvəzinə kinodakı kimi desin,

“elə səni görməsələr, yaxşıdır…”

Bizim bəzi reaksiyalar təxminən bunun ədəbi versiyasıdır”.

Şəmil Sadiq fikirlərinə belə davam edib:

“Amma bütün səslərin arasından görünən reallıq budur: ən azı 5 yazarın həyatına ciddi şəkildə, maddi və mənəvi toxunuş olacaq.

Nəşriyyatlar hərəkətə gələcək, müəllif cəlb etmək üçün yarış başlayacaq, kitablar tərcümə olunacaq, bəlkə də həmin müəlliflərdən biri dünyada seviləcək, tanınacaq və beləcə ədəbiyyatımız illər sonra ilk dəfə “ayağa qalxıb yeriyəcək”.

Mən, bir yazar və naşir olaraq, bu layihəyə səmimi şəkildə sevinirəm. Əgər bu mükafat gerçəkləşərsə, ədəbiyyatımızda ciddi dönüş nöqtəsi başlayacaq.

Bəli, onu da deyim ki, inamsızlıq bizdə uzun illərin sindromudur. Qırılması çətindir, amma mümkündür. Mən bütün proseslərə pozitiv baxıram və bu səbəbdən də:

Mədəniyyət naziri hörmətli Adil müəllimə, müavini Fərid müəllimə və layihə üzərində çalışan bütün əməkdaşlara təşəkkür edirəm.

Sonda isə kiçik, amma illərin həsrəti olan bir xahişimi, bir daha səsləndirirəm:

Azərbaycan ədəbiyyatının xaricdə tanıdılması üçün illərdir gözlənilən dəstək fondu da yaradılsa, möhtəşəm olar. Çünki dünya ədəbiyyata açılan qapını ancaq bizim tərəfdən döyməklə açmayacaq-bəzən o qapının açarı dövlətin əlində olur. Heç olmasa ildə 100000-lik bir qrant olarsa, bu 10-15 kitabın xarici dillərə tərcüməsi və çapı deməkdir”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Dekabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see304

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see277

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see248

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see196

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see184

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see166

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see165

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see128

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see128

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri