Icma.az
close
up
RU
Azərbaycanda ilk dəfə dünyanın ən kiçik kardiostimulyatoru implantasiya edildi! FOTO

Azərbaycanda ilk dəfə dünyanın ən kiçik kardiostimulyatoru implantasiya edildi! FOTO

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İlk dəfə olaraq 13-14 dekabr 2024-cü il tarixlərində Azərbaycanda, kardiologiya cəmiyyətinin təşkil etdiyi konfrans çərçivəsində ürək ritmi pozğunluqlarının (aritmiya) müalicəsi üçün inqilabi bir metod tətbiq olundu - dünyanın ən kiçik elektrodsuz kardiostimulyatoru olan Micra AV-nin iki xəstənin ürəyinə implantasiyası həyata keçirildi. Bu kardiostimulyatorlar, tibb avadanlıqları istehsalı sahəsində dünya lideri olan ABŞ-ın Medtronic şirkəti tərəfindən istehsal edilmişdir.

Qeyd etmək lazımdır ki, Medtronic-in Azərbaycandakı rəsmi və yeganə distribütoru 20 ildən artıq təcrübəyə malik olan, ölkədə tibb avadanlıqları sahəsində aparıcı distribütorlardan biri olan AzəriMed şirkətidir.

Əvvəllər implantatlar dərinin altına, çiyin nahiyəsinə yerləşdirilərək ürək əzələsinə naqillərlə qoşulurdu, lakin indi bu cihazlar, mini invaziv bir prosedurla, birbaşa ürəyin kameralarına yerləşdirilir.

Aritmologiya üzrə dosent, kardiologiya Mərkəzinin rəhbəri Farid Əliyev əməliyyatı mükəmməl şəkildə həyata keçirdi və bu əməliyyat canlı yayım olaraq Ritz Carlton Baku otelində keçirilən İntervansiyonel Kardiologiya Konqresində iştirak edənlərə göstərildi.

Əməliyyatdan sonra tanınmış kardioloqlar, innovativ müalicə metodunu müzakirə edərək onun ağrısızlığı, qanaxmasız olması və yüksək müalicəvi effektivliyi ilə heyrətlənmişlər.

Jurnalistlərə verdiyi müsahibəsində Farid Əliyev bizə müasir tibbin möcüzəsi olan Micra AV kardiostimulyatorunu nümayiş etdirdi. Bu, təxminən iki qram ağırlığında və adi vitamin kapsulundan bir az böyük olan mikro kapsuladır.

"Micra AV-nin bir neçə əsas üstünlüyü var ki, bu da xəstələrə fiziki fəaliyyətə heç bir məhdudiyyət qoymadan adi həyat tərzini davam etdirməyə imkan verir, - deyə Əliyev bildirib. - Birincisi, Micra AV adi kardiostimulyatorlardan demək olar ki, on dəfə kiçikdir. İkincisi, onun elektrodları yoxdur, bu da bəzi problemlərdən qaçmağa kömək edir, məsələn, hemodializ zamanı, elektrodlarla manipulyasiya edərkən infeksiya riski və s. Üçüncüsü, implantasiya dəri üzərində kəsik açmaqla deyil, venadan həyata keçirilir. Beləliklə, implantasiya sonrası stimulyator kosmetik olaraq xəstə üçün görünməz olur - döşdə yara izi və ya dərinin altında kardiostimulyatorun olması ilə bağlı hər hansı bir fiziki əlamət yoxdur. Bu, xüsusilə gənclər üçün çox vacibdir. Biz kapsulu ürəyə qasıq venası vasitəsilə daxil edirik. Əməliyyat çox qısa və ağrısızdır, cəmi on beş dəqiqə çəkir. Proseduradan sonra xəstə normal həyat tərzini davam etdirə bilər və adi stimulyatorlardan fərqli olaraq idmanla məşğul ola bilər, fiziki aktiv həyat tərzi keçirə bilər. Burada qeyd etmək vacibdir ki, adi kardiostimulyatorlar elektrodlarla döş qəfəsinə yerləşdirilir və elektrodlar venadan ürəyə keçir. Təbii ki, bu metodla xəstələr müəyyən problemlərlə üzləşirlər. Məsələn, tennis oynayarkən və ya hovuzda üzərkən. Bəli, adi stimulyatorların implantasiyası əlilliyə səbəb olmur, amma xəstənin fiziki fəaliyyətinə müəyyən məhdudiyyətlər qoyur. Yeni Micra AV kardiostimulyatorunda isə belə məhdudiyyətlər yoxdur."

Farid Əliyevin sözlərinə görə, Micra AV yüksək texnologiyadır. Kardiostimulyatorun mikroskopik ölçülərinə baxmayaraq, onun batareyası 10-15 il müddətində işləyə bilər, sonra isə eyni şəkildə venadan dəyişdirilir.

"Hazırda ürək aritmiyalarının müalicəsi üçün kardiostimulyatorlara alternativ yoxdur, - kardioloq vurğulayıb. - Gələcəkdə yeni bir müalicə texnologiyası ola bilər. Lakin bu günə qədər ürək ritmi pozğunluqlarının müalicəsində son və ən irəliləmiş təklif olan Micra AV-dir."

Əliyev bildirib ki, hazırda Azərbaycanda bu kardiostimulyatorun implantasiyası yalnız Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir. Çünki belə əməliyyatları həyata keçirmək üçün xaricdə xüsusi kurslarda təlim keçmək və hazırlıqdan keçmək lazımdır.

"Qeyd etmək lazımdır ki, hər hansı bir yeni texnologiya kimi, dünyada Micra AV kardiostimulyatorları ilə implantasiya olunmuş insan sayı hələ çox azdır, - deyə Farid Əliyev bildirib. - Amma əməliyyatların sayı hər gün artır və bu texnologiya, müəyyən xəstə qrupunda, elektrodlarla kardiostimulyatorların standart terapiyasını əvəz etməyə başlayır. Micra AV-nin qabaqcıl texnologiyasının ortaya çıxması tibb statistikası ilə bağlıdır, çünki standart kardiostimulyatorlar implantasiya olunan xəstələrin təxminən 10-20%-ində elektrodlarla bağlı problemlər yaradır. Həkimlər, kardiostimulyatorun iş müddəti bitdikdən sonra elektrodları çıxarıb yenilərini yerləşdirməyi ilə əlaqədar bəzi çətinlikliklər yaşayırlar. Hər hansı bir yad cismin ürəkdə və ya damarlarda olması müəyyən fəsadlarla bağlıdır. Hər dəfə kardiostimulyator yerləşdişi nahiyyəni açanda, infeksiya riski artır.

Bundan əlavə, standart kardiostimulyatorlarla əlil arabası istifadə edən xəstələrdə də çoxlu problemlər yaranıb. Bu xəstələr daima əl ilə araba idarə etdiklərindən, elektrodlar tez-tez zədələnirdi. Yəni, elektrodsuz kardiostimulyatorlarla bu problem avtomatik olaraq həll olunur."

Ürək ritmi pozğunluqlarının səbəblərinə gəldikdə, mütəxəssis genetik faktoru, keçirilən infeksiyaların nəticələrini, infarktları və ürək-damar xəstəlikləri ilə əlaqəli olmayan revmatizm kimi xəstəlikləri qeyd edib. Əliyev bildirib ki, aritmiyalar hər yaşda, hətta ana bətnində olan körpələrdə belə müşahidə oluna bilər.

"Hal-hazırda bu əməliyyat ödənişlidir, çünki biz bu texnologiyanı yeni tətbiq etməyə başlamışıq, - mütəxəssis qeyd edib. - Adi kardiostimulyatorların implantasiyası ölkənin icbari tibbi sığorta sistemi ilə ödənilir. Lakin ölkədə Micra AV-nin implantasiya halları artdıqca, bu texnologiyanın da tibbi sığorta sistemində yer alması ehtimalı yüksəlir. Amma sığorta sisteminin Micra AV-nin implantasiyasını ödənişini etməyə başlaması üçün əvvəlcə bu texnologiyanın geniş tətbiqini təmin etməliyik. Mən əminəm ki, işimiz onun effektivliyinin praktiki sübutuna çevriləcək. Bu da təbii ki, milli tibbi sığorta sistemini bu texnologiyanın kütləvi tətbiqinin maliyyələşdirilməsinə maraqlandıracaq. Mən 23 il ərzində kardiologiya sahəsində işləyirəm, bunlardan 18 ilini aritmologiya ilə məşğul olmuşam. Bu səbəbdən bütün aydınlıqla deyə bilərəm ki, son illər ərzində aritmiyaların müalicə prosedurları yalnız daha az invaziv deyil, həm də daha effektiv olmuşdur. Xüsusilə son 10 ildə yeni texnologiyalar sayəsində xəstələrin ömrü əhəmiyyətli dərəcədə uzadılıb. Buna görə də ürək aritmiyasından əziyyət çəkən insanlar üçün əsas problemlər bu gün artıq həll olunub. Və bu yalnız ömrü uzatmaqla deyil, həm də onun keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqla bağlıdır."

Azərbaycanda fəaliyyət göstərən kardioloq əlavə etdi ki, elektrod olmayan kardiostimulyator təkcə tətbiq olunan yeni texnologiya deyil.

"Azərbaycanda tətbiq olunan çox sayda yeni texnologiya var, - deyə Farid Əliyev vurğulayıb. - Yalnız son bir neçə ayda ürək aritmiyalarının 3D düzəldilməsindən tutmuş, dəri altı defibrilyatorlara qədər bir çox yeni texnologiya istifadə olunub. Bu gün müxtəlif müalicə texnologiyaları təklif olunur, buna görə də çox sayda insan yerli kardioloqlara müraciət edir."

Azərbaycanda Micra AV implantasiya edilən ilk iki xəstənin vəziyyəti ilə bağlı suala cavab verən Əliyev bildirdi ki, onlardan biri, 42 yaşlı peşəkar idmançıdır və  əməliyyatdan sonra idman karyerasını davam etdirəcəyini qeyd etdi.

"Hər iki xəstə özlərini yaxşı hiss edir və ürəklərində kardiostimulyator olduğunu hiss etmirlər, - kardiologiya Mərkəzinin rəhbəri dedi. - Adi stimulyatoru olan xəstələr, adətən, onu döş qəfəsində hiss edirlər və bəzən ona toxununa bilirlər. Lakin Micra AV ilə ürəklərində hər hansı bir cihazın yerləşdiyini sadəcə unudacaqlar..."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Dekabr 2024 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see186

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see147

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see141

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see124

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see121

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri