Yolların buz bağlaması Lerikin kəndlərinə gedişi çətinləşdirib FOTO
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Lerik rayonunda yolların buz bağlaması səbəbindən bir sıra kəndlərə gediş-gəlişdə çətinliklər qalmaqdadır.
APA xəbər verir ki, rayona beş gün əvvəl yağan qar əsas yollar üzrə təmizlənsə də, Kələxan, Kəlvəz, Mondigah, Çayrud, Barzavu və Cəngəmiran kəndlərinə gedən yollarda hələ də hərəkət məhdudiyyəti mövcuddur.
Lerik rayonu üçün strateji əhəmiyyət daşıyan Lənkəran–Lerik avtomobil yolu demək olar ki, qardan tam təmizlənib.
Bununla belə, yolun Lerikə yaxın, yüksəkliyə doğru olan bəzi hissələrində avtomobillərin hərəkəti çətinləşir.
Bildirilir ki, əsas problem axşam saatlarında yolların buz bağlaması ilə bağlıdır.
Qeyd edək ki, səhər saatlarında günəşli hava müşahidə olunsa da, axşama doğru temperaturun mənfi 5–10 dərəcəyədək enməsi yolların yenidən buz bağlamasına səbəb olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 24 Yanvar 2026 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















