Icma.az
close
up
RU
Azərbaycanda ilk dəfə ən gənc general kimlər olub...

Azərbaycanda ilk dəfə ən gənc general kimlər olub...

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial şəbəkələr və bəzi saytlarda Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov Azərbaycanda general-mayor ali xüsusi rütbəsi verilən ən gənc şəxs kimi təqdim edilib. 2025-ci ilin mart ayında komitə sədrinin müavini təyin edilən 34 yaşlı Fuad Məmmədov general-mayor rütbəsinə dünən layiq görülüb.
Modern.az-ın araşdırması nəticəsində isə məlum olub ki, Fuad Məmmədov bu rütbəni alan ilk ən gənc adam deyil.
Belə ki, daha əvvəllər də 34 yaşında general-mayor ali rütbəsinə layiq görülənlər olub: həm müstəqillik illərində, həm də sovetlər dövründə.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 2001-ci il avqustun 15-də Prezidentin Fərmanına əsasən, general-mayor hərbi rütbəsinə layiq görüləndə 34 yaşı olub.
Elçin Quliyev 1967-ci il təvəllüdlüdür. O, ölkə Prezidentinin 27 mart 2001-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini - Sərhəd Qoşunlarının Komandanı təyin edilib. Bu vəzifəyə təyinat zamanı da Elçin Quliyevin 34 yaşı olub.

2001-ci il avqustun 15-də isə Elçin Quliyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, general-mayor hərbi rütbəsi verilib.

Ölkə başçısının 31 iyul 2002-ci il tarixli Fərmanına əsasən, Elçin Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini — Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilib və Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı təyin edilib.
Sovet dövründə isə Azərbayvandan ən gənc general rütbəsi alan Həzi Aslanov olub.
1910-cu il yanvarın 22-də anadan olmuş Həzi Aslanov 1931-ci ildə vzvod komandiri təyin olunaraq hərbi xidmətə başlayıb.
1944-cü ilin 13 martında ona tank qoşunları general mayoru rütbəsi verilib. Həzi Aslanov bu rütbəyə Sovet Ordusunun tank qoşunlarının tərkibində Almaniyaya qarşı müharibədə göstərdiyi qəhrəmanlığa görə layiq görülüb.
Həzi Aslanov da general-mayor rütbəsi alanda 34 yaşında idi.
A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Yanvar 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see657

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see358

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see224

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see215

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see192

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see185

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see182

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see179

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see175

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see164

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see163

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see163

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see160

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see159

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see158

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see158

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see157

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see157

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri