Azərbaycanda ilk dəfə təşkil olunan Məşqçilər Forumunun açılışı olub YENİLƏNİB
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 2 mart, Aynur Əlixanlı, foto Orxan Kərimov, AZƏRTAC
Azərbaycanda ilk dəfə təşkil olunan Məşqçilər Forumunun açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Kristal Zalında baş tutan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənclər və idman naziri Fərid Qayıbov forumun ölkə məşqçiləri üçün olduqca vacib olduğunu bildirib. O, mütəxəssislərin işinin kifayət qədər məsuliyyətli və çətin olduğunu, onların yalnız çətinliklərlə deyil, eyni zamanda müxtəlif insani amillərlə də qarşılaşdıqlarını söyləyib. F.Qayıbov müasir dövrdə tələblərin dəyişdiyini və bəzi sahələrdə müəyyən geriləmələrin müşahidə olunduğunu, buna görə də idmançı ilə məşqçi arasında münasibətlərin bu günün şərtlərinə uyğun, daha sağlam şəkildə qurulmalısının vacibliyini vurğulayıb.
Daha sonra tədbir panel iclaslarla davam edib. Panellərdə Qurban Qurbanov, Faiq Həsənov, Namiq Abdullayev, Morteza Validarvi, “Dopinq” mövzusunda isə Təhminə Tağı-zadə və Haydar Demirel iştirak ediblər.
10:16
Azərbaycanda ilk dəfə təşkil olunan Məşqçilər Forumunun açılış mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, Bakı Kristal Zalında baş tutan tədbir panel iclaslarla davam edəcək.
Panellərdə Qurban Qurbanov, Faiq Həsənov, Namiq Abdullayev, Morteza Validarvi, “Dopinq” mövzusunda isə Təhminə Tağı-zadə və Haydar Demirel iştirak edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 02 Mart 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















