Icma.az
close
up
RU
Azərbaycanda yeni vençur maliyyələşmə şirkəti yaradılıb

Azərbaycanda yeni vençur maliyyələşmə şirkəti yaradılıb

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “White HillCapital” vençur fondu arasında Azərbaycanda yeni vençurmaliyyələşmə şirkətinin təsis edilməsi məqsədilə Təsis Müqaviləsi imzalanıb.

“APA-Economics” xəbər verir ki, “INMerge” İnnovasiyaSammiti çərçivəsində əldə edilən razılaşma əsasında fondun Azərbaycandakı fəaliyyətinin genişlənməsi dəstəklənəcək.

Müqavilənin imzalanma mərasimində çıxış edən İRİA-nın sədri Fərid Osmanov bildirib ki, Azərbaycan ekosisteminə yeni xarici vençur fondunun daxil olması yerli startapların qlobal mühitə inteqrasiyasını sürətləndirəcək: “Biz İRİA olaraq startaplarımızın vençur maliyyələşmə mexanizmlərinə çıxışı üçün yeni imkanlar yaratmağa davam edirik. Bu gün bu istiqamətdə növbəti addımı atdıq. “White Hill Capital” vençur fondu regional yatırımları ilə öz effektivliyini sübut edib və biz istərdik ki, Azərbaycan ekosistemi də bu fondun resurslarından yaxın perspektivdə mümkün qədər faydalansın”.

“White Hill Capital” vençur fondunun idarəedici ortağı Aslan Sultanov çıxış edərək Azərbaycan ekosisteminin yüksək potensialını və məhz buna görə də investorlar üçün artan cəlbediciliyini vurğulayıb. O qeyd edib ki, “White Hill Capital”ın Azərbaycan bazarına daxil olması fondun investisiya portfelinin perspektivli yatırımlarla genişlənməsinə, digər tərəfdən isə Azərbaycanda vençurmaliyyələşməsi mühitinin diversifikasiyasına xidmət edəcək.
Tədbirin yekununda “White Hill Capital” vençur fondunun yatırımları nəticəsində böyüyən Azərbaycanın “Push30” və Tacikistanın “Zypl” startaplarının təqdimatları baş tutub. Startap nümayəndələri fondun maliyyə dəstəyi modeli və fond tərəfindən edilən yatırımların startapların miqyaslanmasına verdiyi əhəmiyyətli töhfə haqqında ətraflı məlumat paylaşıblar.
Qeyd edək ki, “White Hill Capital” 2021-ci ildə Qazaxıstanda təsis edilmiş regional vençur fondudur və əsasən Mərkəzi Avrasiya ölkələrindən olan startaplara yatırım edir. “White Hill Capital” Mərkəzi Avrasiya regionunda vençur kapital yatırımları ilə onlarla startapın miqyaslanaraqböyüməsində əhəmiyyətli rol oynayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:278
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Sentyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri