Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycanda ilk: Yeni internet platforma marketplace istifadəyə verildi

Azərbaycanda ilk: Yeni internet platforma marketplace istifadəyə verildi

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Müsahibimiz: "TENDERYARD" MMC-nin təsisçisi, Amerikanın Miçiqan Ann Arbor Universitetinin məzunu, Californiya Los Angeles Universitetinin magistrantı Nicat Əliyevdir.

– Nicat bəy, təşəkkür edirik ki, vaxt ayırdınız. İlk olaraq, oxucularımıza son zamanlar sosial şəbəkələrdə aktiv təqdimatı gedən TENDERYARD platformasının yaradılması ideyası və məqsədi haqqında danışmağınızı istərdik.

İlk öncə bildirmək istərdim ki, Tenderyard.com platforması yaradılmamışdan öncə dünyada mövcud olan analoji alış-satış platformalarının güclü və zəif tərəfləri təhlil edilərək (SWOT təhlil), alış və satış bazasını özündə birləşdirən bir marketplace olaraq yaradılmışdır. Hazırda dünyada mövcud olan demək olar ki bütün analoji platformaların ideya məğzində satış bazasının formalaşdırılaraq təqdim olunması dayanır. Bu cür satış bazası bir çox hallarda öz alıcılarını tapmayan mal, məhsul və xidmətlərlə dolu olur. TENDERYARD ideyasının yaranması və reallaşdırılması isə, alış istəkləri bazasının formalaşdırılaraq təqdim olunması məqsədlərinə xidmət etmişdir. Klassik iqtisadi nəzəriyyəyə görə də, məhz tələb təklifi formalaşdırır. Bəli, biz anlayırıq ki, sonda bizim platforma da həm alış, həm də satış bazasını özündə cəmləşdirəcək. Amma ideyamızın ilkin fəlsəfəsində məhz alıcıları bir platformada cəmləşdirmək istəyi dayanmışdır. Həmçinin, hazırki bazarda insanlarımızın bütün, hər cür alış ehtiyaclarını qarşılayan vahid, universal platformanın olmaması, insanlarımızın həmin məqsədlə bazarda mövcud olan müxtəlif platformaların axtarış sistemlərində günlərlə vaxt itirərək gəzişmələrinə səbəb olurdu. Bu baxımından, Tenderyard, özündə insanlarımızın sadəcə satış deyil, mal-material, daşınar və daşınmaz əmlak, xidmət, logistika, tikinti, hətta iş axtarışı kimi ən müxtəlif alış ehtiyaclarını da eyni məkanda, vasitəçisiz və sürətli şəkildə qarşılayacaq bir sistemə olan tələbatından doğdu. Komandamızın iki illik gərgin zəhməti hesabına başa gəlmiş çoxfunksional bir platformanı nəhayət ki insanlarımızın istifadəsinə təqdim etmək istəyirik. Platformamız, həm fiziki, həm də hüquqi şəxslər üçün universal bir bazar rolunu oynayır. Burada istənilən daşınar və daşınmaz əmlak, mal və məhsulların, xidmətlərin, o cümlədən, iş elanlarının "alış sorğusu" və "satış təklifi" formatında təqdim olunması imkanı mövcuddur.

– Digər mövcud onlayn platformalardan fərqli olaraq, TENDERYARD  hansı yenilikləri təqdim edir?

Yuxarıda qeyd etdiyim kimi, platformamız aparılmış təhlillərin nəticəsi olaraq bir çox fərqlərə və üstünlüklərə malikdir. Birincisi, bildiyimiz kimi, hər birimiz gündəlik olaraq həm alıcı, həm də satıcı qismində çıxış edirik. İlk olaraq əsas fərqlərimizdən biri, yalnız satışa yönəlmiş deyil, eyni zamanda alış istəklərinin də sistemə daxil ediləbilmə imkanlarının mövcudluğudur. Bununla da, iki məlumat bazalı bir platforma qurmuş olduğumuzu vurğulamaq istərdim.

Digər fəqləndirici xüsusiyyətimiz, insanlarımızın öz istəklərinə uyğun daşınar və daşınmaz əmlakın, hər hansı bir malın, məhsulun, xidmətin, işin tapılması üçün ən müxtəlif platformaların axtarış sistemlərində günlərlə sərf etdikləri vaxt itgisinin qarşısının alınmasıdır. Platformaya tətbiq edilmiş ağıllı bildiriş sistemi sayəsində İstifadəçilər platformada alış sorğusu və ya satış təklifi yerləşdirdikdə, sistem avtomatik olaraq bu məlumatı təhlil edir və uyğun tərəflərə, yəni satıcı və alıcıya bazada onların istəklərini qarşılayacaq alıcı və ya satıcının olduğuna dair bildiriş göndərir. Məsələn, siz hər hansı bir xidmət axtarırsınızsa və bu xidmət artıq bazada varsa, sistem sizə mobil tətbiq və web profiliniz üzərindən real vaxt rejimində bildiriş göndərir. İstəklərinizi qarşılayacaq təkliflər hələ bazada yoxdursa, əlavə axtarışlara lüzum yoxdur, bu cür təkliflər bir müddət sonra belə bazaya düşdüyü anda, yenə də bildiriş alacaqsınız. Bununla da müxtəlif platformalarda axtarış üçün sərf edilən vaxt itgisinin qarşısı alınmış olur. Eynilə, bu funksiyanın mövcudluğu, insanlarımızın digər analoji elan saytlarında yerləşdirdikləri elanların "irəli" çəkilməsi, "VİP" edilməsi kimi xidmətlərinə görə ödədikləri lüzumsuz xərclərdən də azad etmiş olacaqdır. Belə ki, platformamızda yerləşdirilmiş elanlara görə alıcı və ya satıcının mövcudluğuna dair dərhal bildirişin alınması funksiyamız, elanın "irəli" çəkilməsini və ya "VİP" edilməsini əhəmiyyətsiz edir.

– Tətbiq və platforma üzərində başqa hansı texnoloji imkanlar var?

Platformaya süni intellekt və data təhlilə əsaslanan imkanların inteqrasiyası istifadəçilər üçün ən uyğun, ən yaxın və ən sərfəli təkliflərin avtomatik olaraq müəyyənləşdirilməsinə imkan verir. Təkcə mətnlə deyil, hətta yalnız foto yükləməklə belə yaradılmış sorğu və ya təklif üzrə uyğun mal və məhsulun tapılması mümkündür. Əlavə olaraq, platformada telefon nömrəsi paylaşmadan belə istəklərinizi qarşılayan şəxslə yazılı və səsli mesaj, hətta görüntülü zənglərlə əlaqə qurmaq mümkündür.

- Yeri gəmişkən, platformanın digər mal-material kimi, daşınar və daşınmaz əmlakın da alışı və satışına, kirayəsinə imkan verdiyini qeyd edirsiniz. Bu sahədə digər platformalardan fərqləndirici hansı xüsusiyyətlər vardır?

Platformamızda daşınar və daşınmaz əmlakın satışını, alışını və ya kirayəsini həyata keçirənlər üçün ən vacib fərqləndirici xüsusiyyətlər aşağıdakılardır: Əvvəla, yenə də insanlarımızın günlərlə axtarışlara sərf etdikləri vaxtın qarşısı alınmış olur. Deyək ki, Bakı şəhərində hər hansı konkret binada mənzil almaq, satmaq və ya kirayələmək istəyirik. Bu zaman, alış sorğusu yaradarkən, həmin binanın lokasiyasını və ünvanını, həmçinin  binanın zahiri görünüşünün şəklini qeyd etməklə (mənzillərin foto şəkilləri də əlavə edilməklə) sorğu və ya təklif yaradırıq. Bu zaman platformaya inteqrasiya edilmiş ağıllı sistem vasitəsilə məhz göstərilən binada mənzil almaq və ya satmaq, kirayəyə vermək və ya kirayəyə götürmək istəyən bir şəxsin olduğuna dair hər iki tərəfə dərhal bildiriş gəlmiş olur. Həmin bildiriş əsasında bu daşınmaz əmlakın görüntü və qiymət parametrlərinə dair məlumat əldə edilir, lazım gələrsə, tətbiq vasitəsilə mesajlaşılır, hətta əmlaka görüntülü zənglə ilkin baxış həyata keçirilmiş olur. Yeri gəlmişkən, bu cür funksionallıq insanlarımızı əmlak alışı, satışı, kirayəsi zamanı sərf etdikləri bir çox xərclərdən də azad etmiş olur.   

– İş dünyası və iş axtaranlar üçün imkanlar nədən ibarətdir? Bu bölmə

necə işləyir?

Tamamilə eyni prinsiplə. Amma burada da sırf sahibkarlar, pərakəndə və topdansatış müəssisələri üçün də digər platformalardan fərqli funksionallıq düşünülmüşdür. Digər platformalarda satış məqsədilə mal, məhsul və xidmətlər sistemə bir-bir daxil edilə bilirdisə, Tenderyard platformasında bütün mal, məhsul və xidmətlər sahibkarların uçot sistemində mövcud olan bütün mallar üzrə birdəfəlik, bir cədvəl olaraq, excel formatında yerləşdirilərək, satış təklifi yaratmağa imkanı verir. Bir cədvəl üzrə yerləşdirilmiş mallara uyğun şəkillər isə, süni intellekt və digər tətbiq edilmiş ağıllı sistemlər vasitəsilə avtomatik olaraq, sistemə yüklənmiş ollur. Sahibkarlar isə, sadəcə, daxil edilmiş mal adlarının sistem tərəfindən yüklənmiş fotolara uyğunluğunu yoxlayaraq təsdiq etməklə, satış təkliflərini yaratmış olurlar. Həmçinin sahibkarlar öz satdıqları mallara qoyduqları qiymətlərin də nə qədər rəqabətqabilliyyətli olduğunu platformamızdan istifadə etməklə müəyyən edə bilərlər.

Eynilə, hər bir satıcı sahibkar həm də satdığı malların alıcısı olduğu üçün, eyni mal, məhsul üzrə alış sorğusu da yarada bilərlər. Bu cür alış sorğusu, sahibkarlıara mal alışları ən ucuz, ən sürətli və ən optimal təklifin müəyyən edilməsinə kömək edəcəkdir. Əsində bu cür funksionallıq sahibkarlar üçün tender elanları yerləşdirmək kimi də qəbul oluna bilər. Göründüyü kimi, plarformamızın adı da, hər kəsin daha ucuz və sərfəli alışını özündə ehtiva edən "tender" ifadəsilə əlaqələndirilmişdir.

İş təklif edənlər və iş axtaranlara gəldikdə isə, müxtəlif bacarıqlara uyğun sorğu və ya təklif yerləşdirilə bilər. Sistem isə, uyğun tərəfləri bir-birinə real vaxtda yaxınlaşdırmaqla, həm iş tapmaq, həm də vakansiyaları daha tez doldurmaq üçün çevik bir həll yolu vermiş olur.

– Platformanın gələcək planları nələrdir?

Xüsusi olaraq qeyd etmək  istərdim ki, TENDERYARD komandası dünyada innovativ biliklər sahəsindəki yenilikləri daim izləyərək, bu yeniliklərin operativ tətbiqi istiqamətində addımlar atmaqdadır. Gələcəkdə Tendeyard platformasını biznes üçün sosial şəbəkəyə çevirmək planımız var. Hazırda bu istiqamətdə çalışmalarımız davam edir. Belə çalışmalarımızdan biri də istifadəçilər üçün sürətli həllər təqdim edən, süni intellekt əsaslı, platforma ilə söhbətləşə, suallara avtomotik cavab almağa imkan verən chat-botun yaradılmasıdır. Düşünürük ki, belə bir chat-bot gələcəkdə alış sorğusu və satış təkliflərinin səslə yaradılmasına, satış üzrə reklamların bütün platforma istifadəçilərinə avtomatik çatdırılmasına imkan verəcəkdir. Eyni zamanda, daha çox süni intellekt əsaslı analitika sistemlərinin tətbiqi üzərində də işləyirik. İddialıyıq ki, insanlarımız, yaxın gələcəkdə digər internet əsaslı mesajlaşma-zəngləşmə sistemlərindən deyil, məhz   komandamızın intellekti və təcrübəsi sayəsində yaradılaraq platformamıza tətbiq etdiyimiz mesajlaşma-zəngləşmə sistemindən daha çox yararlanacaqlar.

– Sonda oxucularımıza nə demək istərdiniz?

Biz, dünyada baş verən sürətli dəyişikliklərdən geri qalmayanların, hər zaman öndə olacaqlarına inanırıq. Odur ki, bütün insanlarımızı, istər fiziki, istərsə də hüquqi şəxsləri, rəqəmsal dünyada rəqabət üstünlüyü əldə etmək istəyən hər kəsi yenicə istifadəyə verdiyimiz, sizə, vaxtınıza və pulunuza qənaət etdirən Tenderyard.com platformasından gündəlik olaraq faydalanmağa və müvafiq tətbiqdən istifadəyə çağırırıq.

https://tenderyard.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 May 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri