Icma.az
close
up
RU
Azərbaycanda illik 50 min mənzilə real tələbat var Problem necə həll olunmalıdır?

Azərbaycanda illik 50 min mənzilə real tələbat var Problem necə həll olunmalıdır?

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Rəsmi reyestr məlumatlarına görə Azərbaycanda qeydiyyatdan keçmiş 2 milyon 150–160 min civarında ev və mənzil var. Lakin kütləvi sayda mənzilin çıxarışı olmadığı üçün onlar statistikada görünmür. Faktiki mənzil fondunun 2 milyon 930 min civarında olduğu hesablanır. Ən vacib məqam isə bu mənzil fondunun tərkibidir. Bu 2.93 milyonluq fondun təxminən 1 milyona yaxını faktiki olaraq istismara yararsızdır.

Bunu Banco.az-a əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilov hazırda mənzil bazarındakı mövcud vəziyyəti şərh edərkən deyib.

Ekspert bildirib ki, bu kateqoriyalar ardıcıllıqla aşağıdakılardan ibarətdir:

İstismar müddəti bitmiş mənzillər: Sovet dövründən qalma, vaxtı çoxdan keçmiş ("xruşovka" və s.) köhnə binalar;

Günün tələblərinə cavab verməyən qeyri-standart fərdi evlər: Xüsusilə rayonlarda və ətraf qəsəbələrdə mişar daşı ilə tikilən, heç bir beton monolit karkası və izolyasiyası olmayan (yayda həddən artıq isti, qışda soyuq), mərtəbələrarası döşəməsi monolit yox, taxtadan olan, daxilində sanitar qovşağı belə qurulmayan mənzil fondu;

Mühafizə zolaqlarında və riskli ərazilərdə tikilən evlər: Yüksək gərginlikli elektrik xətlərinin altında, sel və daşqın zonalarında, neft şirkətinin ərazilərində, zəbt olunmuş torpaqlarda və hətta qurudulmuş göl diblərində inşa edilmiş, təhlükəsizlik baxımından tamamilə yararsız yaşayış yerləri.

Bu reallıq fonunda ölkədə illik mənzil tələbatı olduqca yüksəkdir:

Ölkədə illik 52–55 min nikah bağlanır. Təxminən 35 min boşanma qeydə alınır. Boşanma sosial baxımdan neqativ hal sayılsa da, əmlak bazarında dərhal yeni bir mənzilə tələb yaradır.

Daxili miqrasiya faktoru da güclüdür. Məsələn, 158 min əhalisi olan İmişli rayonunu götürək. Dövlət qeydiyyatında bu insanlar rayonda yaşayır kimi görünsə də, əhalinin dinamik hissəsinin təqribən üçdə biri Bakı və Abşeronda məskunlaşıb, lakin qeydiyyatı rayonda qalır. Bu disbalans real tələbatın harada cəmləşdiyini görməyə mane olur".

F. Xəlilovun sözlərinə görə, bütün bu amilləri nəzərə aldıqda, Azərbaycanda illik real bazar tələbatı 50 min yeni mənzil və fərdi ev civarındadır: "Əhalinin gəlirləri ilə əmlak qiymətləri qətiyyən mütənasib deyil və bu uçurum gündən-günə dərinləşir. Bank kreditlərinin yüksək faizləri səbəbindən mənzil almaq get-gedə mümkünsüz olur, yığılıb qalan tələbat qarşılanmır və vətəndaşlar artıq yeni mənzil almaq ümidini itirməyə başlayırlar. Gənclərin ev ala bilmədiyi üçün ailə qura bilməməsi isə gələcəkdə ciddi demoqrafik fəlakətə yol aça bilər".

Problemin köklü həlli üçün kompleks təkliflər

Eksepert vurğulayıb ki, bu vəziyyətdən çıxmaq və bazarı canlandırmaq üçün həm taktiki, həm də strateji mexanizmlər tətbiq olunmalıdır:

"Tələbatın ən yüksək olduğu Abşeron yarımadasında (məsələn, Qaradağ rayonu istiqamətində) böyük ərazilər ayrılmalı və dövlət nəzarətində inşaat zonası elan edilməlidir. Burada tikinti şirkətlərinə bütün infrastruktur xərcləri daxil olmaqla kvadratmetr üçün sabit və güzəştli vergi (təxminən 200 AZN) tətbiq olunmalıdır. Dövlət vahid şəhərsalma planı əsasında binaların tikintisini tələb etməli və mənzillərin satış qiymətinə yuxarı hədd qoymalıdır. Bu, mövcud bazar qiymətlərini qırmaq yox, bazarda yeni və əlçatan bir mənzil çeşidi yaratmaq deməkdir.

Dövlət öz rezerv vəsaitlərindən kommersiya bankları vasitəsilə məhz həmin xüsusi zonalarda inşa edilən mənzillərin alışı üçün uzunmüddətli və güzəştli kredit paketləri təqdim etməlidir. Bu model tətbiq olunarsa, şəhərin mərkəzi sıxlaşmaz, səliqəli şəhərsalma təmin olunar, bahalı mənzillərlə yanaşı əlçatan təklif formalaşar, yüz minlərlə yeni iş yeri yaranar və gənclərin mənzil problemi həll edilərək demoqrafik risklər neytrallaşar.

Əgər biz bu problemləri birdəfəlik inzibati müdaxilələrlə sadəcə yüngülləşdirmək yox, kökündən həll etmək istəyiriksə, Azərbaycanda qardaş Türkiyə təcrübəsində olduğu kimi vahid Şəhərsalma və Ətraf Mühit Nazirliyi yaradılmalıdır".

Bu zərurətin mahiyyəti nədən ibarətdir?

Firdovsi bəy qeyd edib ki, hazırda Azərbaycanda inşaat sektorunda rəsmi olaraq 120 minə yaxın insan muzdlu əməklə çalışır: "Lakin sirr deyil ki, faktiki çalışanların sayı müqavilə ilə işləyənlərdən qat-qat çoxdur və bu rəqəm 200, 250, bəlkə də 300 min nəfərdir. Digər tərəfdən böyük mənzil tələbatı var, lakin plansız inşaat nəticəsində dövlət ciddi fəsadlarla üzləşir.

Belə bir nazirlik yaradılarsa, o, artan mənzil tələbatının qarşılanmasını sistemləşdirər, yeni iş yerlərinin açılmasını təmin edər, tikintidə təhlükəsizlik standartlarına nəzarət edər və vergilərin şəffaf toplanmasını təşkil edər.

Hazırda tikinti şirkətləri hərəsinin öz tələbi olan çoxsaylı güclü qurumlarla (elektrik şəbəkəsi, su-kanalizasiya, vergi və s. ayrı-ayrı orqanlar) təklikdə mübarizə aparmaq məcburiyyətində qalır. Hər bir qurumun özlüyündə təbii və haqlı tələbləri olsa da, koordinasiya olmadığından inşaat şirkəti bu tələblərin arasında sıxılıb qalır. Nəticədə xərclər və maya dəyəri kəskin yüksəlir, satışlar dayanır, vətəndaş ev ala bilmir, yeni iş yerləri yaranmır, iqtisadi durğunluq yaranır və Ümumi Daxili Məhsul azalır. Ən pisi isə odur ki, hər qurum yalnız öz sahəsinə baxdığı üçün yaranan bu ümumi iqtisadi nəticəyə görə heç kim birbaşa məsuliyyət daşımır.

Vahid nazirliyin yaradılması bütün bu prosesləri tək mərkəzdən idarə etməyə, xərcləri optimallaşdırmağa və həm dövlətin, həm sahibkarın, həm də vətəndaşın maraqlarını balanslaşdırmağa imkan verən ən optimal strateji addım olar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://banco.az
archiveBu xəbər 18 Avqust 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see522

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see431

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see350

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see317

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see297

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see292

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see283

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see283

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see235

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see222

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see217

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see216

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see215

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see214

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see213

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see209

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see202

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see185

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri