Icma.az
close
up
RU
Boşanmaların sayı niyə artır və problem necə həll olunmalıdır?

Boşanmaların sayı niyə artır və problem necə həll olunmalıdır?

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü il ərzində ölkədə 49 min 508 nikaha daxilolma və 21 min 384 boşanma halları qeydə alınıb. Bildirilib ki, 2023-cü illə müqayisədə 2024-cü ildə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Boşanma mövzusunda çox müzakirələr aparılıb, fikirlər söylənib. Bir çoxu qeyd edir ki, bütün boşanmaların konkret bir səbəbi yoxdur, hər ailədə bir neçə fərqli səbəbdən baş verə bilir.

Boşanmaların səbəbləri və qarşısını necə almaqla bağlı “Xalq Cəbhəsi” mütəxəssislərin fikirlərini öyrənib.

“Bu, nikahların sayının azalmasına gətirir”

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov qeyd edib ki, boşanmaların sayında çoxalma və nikahların sayında azalma cəmiyyət üzvlərini, eləcə də aidiyyəti dövlət qurumlarını olduqca narahat edir: “Gəlin əvvəl nikahların sayının azalma səbəblərini araşdıraq. Nikahların sayının azalması bir neçə səbəblə bağlıdır. Qeyd etmək lazımdır ki, bu gün gənclər öz qarşısına yeni prioritetlər, məqsədlər qoyurlar. Bu məqsədlər təhsil, karyera, özünü inkişaf və sosiallaşma ilə bağlıdır. Əgər əvvəllər gənclər təhsil alaraq valideynlərin tövsiyəsi ilə nikaha daxil olurdularsa, bu gün gənclər daha çox müstəqil və heç kəsdən asılı olmayan həyat tərzinə üstünlük verirlər. Nəticə olaraq ailə qurma məqsədi arxa plana keçir. Bu da orta nikah yaşının çoxalmasına və olaraq nikahların sayının azalmasına gətirir. Bu tendensiya Azərbaycanla yanaşı, bir çox inkişaf etmiş ölkələrdə də müşahidə olunur”.

“Onlar ailənin dağılmasından daha çox əziyyət çəkirlər”

R.Mahmudovun sözlərinə görə, boşanmaların səbəblərini araşdıraraq görmək olar ki, düşünülmədən qurulan münasibət, ailənin təməldən sarsılması, cütlüyün, ailə üzvlərinin ümumi məsələlərdə ortaq qərara gələ bilməməsi, bir-biriləri ilə razılaşmaması, xarakterlərin uyğunsuzluğu, xəyanət, uşağın olmaması, zorakılıq, kənar müdaxilə, sosial şəbəkələrin mənfi təsiri və s. kimi əsas səbəbləri var: “Gördüyünüz kimi, səbəblər kifayət qədər genişdir və onlar toplam olaraq üst-üstə gələrək boşanmaya gətirə bilərlər. Bir çox hallarda boşanmaların səbəbkarları ailə üzvlərinin biri və ya hər ikisi ola bilər. Heç bir cütlük nikaha daxil olarkən gələcəkdə boşanacağını düşünmür, lakin bəzən ailə həyatının gedişatı əksini göstərir, problemlər artır, ümumi çıxış yolu tapılmır və ya tapmaq üçün cəhd olunmur və ən əsası ünsiyyət qurula bilmir. Belə olan halda ailə üzvləri özləri üçün ən asan çıxış yolunu boşanmada görürlər. Ancaq biz unutmamalıyıq ki, ailə təkcə ər-arvaddan ibarət deyil, eyni zamanda, ailənin balaca üzvləri də var, hansılar ki, ailənin dağılmasından daha çox əziyyət çəkirlər. Onlar həm mənəvi həm də psixoloji sarsıntı keçirdirlər və bunun fəsadı çox ağır ola bilər”.

“Uşaqlarla iş aparmaq olduqca vacibdir”

Mütəxəssis həmçinin vurğulayıb ki, boşanmaların mütləq əksəriyyəti sosial-psixoloji əsaslardan qaynaqlanır və bu məsələ bir daha ənənəvi ailə dəyərlərinin qorunması və təbliğinin vacibliyini ortaya çıxarır: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq bütün bölgələrdə və paytaxtda ailə və nikah institutunun qorunması, milli ailə dəyərlərinin təbliği, gənclərin ailə həyatına hazırlığı məqsədilə mütəxəssislərin iştirakı ilə maarifləndirmə tədbirləri təşkil olunur, eyni zamanda, sosial çarxlar hazırlanır, ailə üzvlərinin birlikdə zaman keçirməsi, valideyn məsuliyyətinin düzgün təbliğ olunması üçün layihələr həyata keçirilir. Nəzərə alsaq ki, nikahın pozulması prosesində cütlüklə yanaşı, uşaqlar da olduqca böyük travma alır. Bu istiqamətdə hər zaman uşaqlarla da iş aparmaq olduqca vacibdir. Bütün bunlar nəzərə alınaraq ailələrlə və uşaqlarla işləyən mütəxəssislər üçün Dövlət Komitəsi tərəfindən beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər təşkil edilib. Dövlət Komitəsi öz fəaliyyətində hər zaman nümunəvi, uzunömürlü ailələrin təbliğatına da geniş yer ayırır. Bu cür təbliğat, nümunəvi ailələrin tanıdılması digər ailələr üçün bir stimul olur”.

“Maarifləndirmə işi aparmaq olduqca əhəmiyyətli olar”

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Günay Ağamalı qeyd edib ki, boşanmalar ailə institutunun zəifləməsinə, cəmiyyətin demoqrafik inkişafına da mənfi təsir göstərir: “Bu problemin qarşısının alınması üçün ailə dəyərlərinin qorunması, ailə psixologiyası üzrə maarifləndirmə işi olduqca əhəmiyyətlidir. Boşanmalara əsas səbəblər arasında ünsiyyət çatışmazlığı, zorakılıq halları, xəyanət və erkən nigahlar yer alır. Erkən nigahların qarşısı alınarsa, ailə münasibətlərində qarşılıqlı anlaşma olarsa, bu münasibətlər sağlam və davamlı olar”.

“Boşanmaların xeyli hissəsi də buradan irəli gəlir”

Vəkillər Kollegiyasının üzvü, vəkil Vamiq Şükürov söyləyib ki, boşanma barəsində danışmaq bizim üçün araşdırma tələb edir: “Biz yalnız bizə edilən müraciətlər üzrə şahid olduqlarımızı deyə bilərik. Boşanmaların bir qismini daha çox tərəflərin nigaha daxil olarkən, nigah zamanı öz həyatlarını sürdürmələri üçün onlarda şəxsiyyətin tam formalaşmaması və müəyyən yetkinlik səviyyəsinə tam çatmaması ilə əlaqələndirmək olar”.

Vəkil əlavə edib ki, digər bir qismi maddi imkanların məhdudluğudur: “Bu da bir neçə səbəblə əlaqədardır . Yəni ola bilər ki, tərəflərin maddi imkanları olmasın. Bu zaman onlar bir-birini başa düşməlidirlər, bir-birinə dəstək verməlidirlər. Bu da əslində birinci səbəblə əlaqələndirilə bilir. Amma bəzən tərəflərdən biri ailənin maddi vəziyyətinə, ümumiyyətlə, heç bir dəstək vermir. Təbii ki, boşanmaların xeyli hissəsi də buradan irəli gəlir”.

“Boşanmalar həm də müstəqil yaşamla bağlı olur”

V.Şükürovun sözlərinə görə, eyni zamanda, tərəflər arasında boşanmaların bir qismi müstəqil yaşamla bağlı olur. Bu da müəyyən qədər tərəflərin yetkinlik səviyyəsindən aslıdır: “Yəni kişilər qadınların əvvəlki dövrlərdə dədə-babadan gələn adətlərlə, düşüncə tərzi ilə yaşamadıqlarından narahat olurlar. Bu da mübahisələrə, mübahisələr isə sonda münaqişələrə çevrilir və nigahın pozulması ilə nəticələnə bilir. Belə hallar olanda bunun səbəbləri də var. Bir qismi isə tərəflərin bir-birini yaxşı tanımaması, müxtəlif göstəricilərə görə bəyənməməsi və nigah dövründə ondan irəli gələn fərqlərin aşkar olunmasıdır. Yəni tərəflər bir-birinə heç bir halda uyumlu ola bilmirlər. Adətən biz boşanma zamanı bu səbəbləri görürük”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 26 Fevral 2025 23:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see482

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see353

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see352

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see334

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see333

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see330

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see305

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see302

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see301

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see294

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see289

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see288

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see283

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see278

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see269

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see246

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see246

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see234

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see222

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri