Icma.az
close
up
RU
Azərbaycanda ipoteka kreditləri üzrə standartların sərtləşməsi davam edib

Azərbaycanda ipoteka kreditləri üzrə standartların sərtləşməsi davam edib

Icma.az bildirir, Sia Az portalına istinadən.

2024-cü ilin IV rübündə Azərbaycanda ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.

Məlumata görə, sərtləşmə bankların daxili resursları hesabına verilən ipoteka kreditləri üzrə - əsasən kreditlərin maya dəyərinin artımı formasında olub. İpoteka və Kredit Zəmanət Fondunun hesabına verilən ipoteka kreditləri üzrə standartlarda isə dəyişiklik müşahidə edilməyib. Banklar növbəti rübdə həm Fondun hesabına, həm də daxili ipoteka kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını gözləyir.

Ötən ilin III rübündən fərqli olaraq IV rübdə ipoteka kreditlərinə tələb artıb. Respondentlərin cavablarına görə tələbdəki artım dövlət xətti ilə verilən ipoteka kreditləri üzrə müşahidə olunub.

Banklar IV rübdə Mənzil İnşaatı Dövlət Agentliyinin regiondakı layihələr üzrə evləri kütləvi satışa çıxarmasını tələbin artmasına təsir göstərən faktor kimi qeyd edib. Banklar növbəti rübdə dövlət xətti ilə verilən ipoteka kreditləri üzrə tələbdə artım trendinin davam edəcəyi, daxili ipoteka kreditlərində isə tələbdə azalma olacağı qənaətindədirlər.

Banklar ipoteka kreditləri üzrə kredit standartlarına bankların kapital mövqeyi və maliyyələşmə dəyəri sərtləşdirici təsir göstərən faktor kimi qiymətləndirib. Bütövlükdə, bankların ipoteka portfeli üzrə artım tempinin növbəti rüb də davam edəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Fevral 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see170

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see135

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see133

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see129

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see126

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see126

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see121

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see121

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri