Icma.az
close
up
RU
Azərbaycanda iqlim amillərinin sağlamlığa təsirini minimuma endirmək planlaşdırılır

Azərbaycanda iqlim amillərinin sağlamlığa təsirini minimuma endirmək planlaşdırılır

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 17 oktyabr, AZƏRTAC

İstilik dalğaları və ekstremal hava hadisələri ilə bağlı erkən xəbərdarlıq sistemləri əhalinin sağlamlığının qorunması baxımından mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində keçirilən “İqlim dəyişikliyi və şəhərlərin dayanıqlığı” panel sessiyasında çıxışı zamanı bildirib.

Nazir müavini qeyd edib ki, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Coğrafiya İnstitutu birgə tədqiqatlar apararaq istilik dalğalarına qarşı xəbərdarlıq və monitorinq metodologiyası hazırlayıb.

“Bu sistemlərin tətbiqi nəticəsində son illərdə günvurma və istilik zərbələri ilə bağlı təcili yardım çağırışlarının sayı əhəmiyyətli dərəcədə azalıb. Erkən xəbərdarlıq mexanizmləri və ictimai məlumatlandırma iqlim dəyişikliyinə adaptasiya tədbirlərinin əsas hissəsidir”, – deyə Umayra Tağıyeva vurğulayıb.

Umayra Tağıyeva bildirib ki, insanların sağlamlığı üçün optimal komfort temperaturu 24-28 dərəcə arasıdır, lakin temperatur 36 dərəcəni keçdikdə ölüm halları və xəstəlik riski ciddi şəkildə artır: “Məhz buna görə də biz iqlim amillərinin sağlamlığa təsirlərini minimuma endirmək üçün erkən xəbərdarlıq sistemlərinin əhatəsini genişləndirməyi planlaşdırırıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri