Icma.az
close
up
RU
Azərbaycanda iş saatlarının müddəti dəyişdiriləcək? “Dövlət bu məsələlərə kompleks yanaşmalıdır”

Azərbaycanda iş saatlarının müddəti dəyişdiriləcək? “Dövlət bu məsələlərə kompleks yanaşmalıdır”

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Bakı və ətraf ərazilərdə nəqliyyat yükünü azaltmaq və ictimai nəqliyyat sisteminin effektivliyini artırmaq məqsədilə iş qrafikinin dəyişkən rejimdə təşkili ilə bağlı mühüm addımlar atılacaq.

2025–2026-cı illəri əhatə edən yeni yanaşma çərçivəsində dövlət orqanları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslər üçün fərqli iş rejimləri müəyyən ediləcək.

Bəzi dövlət və özəl sektor müəssisələrində distant iş rejiminin tətbiqi də nəzərdə tutulur. Bununla yanaşı, iş yerlərinin dəyişkən qrafik əsasında fəaliyyət göstərməsi işçilərə daha rahat hərəkət etmək imkanı yaradacaq və iş-nəqliyyat balansını optimallaşdıracaq.

Dünyada nəqliyyat sıxlığını azaltmaq üçün ən ideal iş saatları bu cür müəyyən edilib:

07:00–15:00 (Erkən başlayanlar üçün)

08:00–16:00 (Standart iş vaxtı)

09:00–17:00 (Ənənəvi iş rejimi)

10:00–18:00 (Gec başlayanlar üçün).

Burada diqqətçəkən məqam isə tətbiq edilməsi gözlənilən iş saatlarının qrafikinin dəyişdirilməsinin insanların sosial həyatına necə təsir etməsi olacaq.

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən sosioloq, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad Əsgərov deyib ki, iş qrafikinin dəyişdirilməsi əhalinin tıxacda uzun müddət qalmamasına hesablanıb:

"Bu məsələ daha çox Azərbaycan timsalında tıxacların yaranması ilə gündəmə gəlir. Amma başqa ölkələrdə iş saatlarının başlama vaxtının dəyişdirilməsində digər problemlər də ortaya qoyulur. Burada əsas məsələ nədir? Xüsusilə də iş saatlarının konkret olaraq orta məktəblərdə və yaxud da ki, ali məktəblərdə 8-9 yarısında başlaması və eyni anda kütləvi olaraq insanların hamısının o saatda işə getməsi tıxac problemi yaradır. Müəyyən qədər həm nəqliyyat sektorunu çökdürür, həm yollarda sıxlıq yaradır, həm də müəyyən qədər müxtəlif sahələrdə bu, dükan şəbəkəsində də ola bilər, insanların sosial davranışında da ola bilər, bir-birinə münasibətlə də ola bilər ki, müəyyən qədər çətin işlər yaradır. Hamı eyni vaxtda gedir dükana çörək almağa, hər hansı gediş kartlarına pul yükləməyə yaxud da ki, hamı eyni vaxtda müxtəlif xidmət sektorundan istifadə edir və bu hətta taksi xidmətinin özündə belə həmin saatlarda problemlər yaradır".

Sosioloq hesab edir ki, saatlara dəyişiklik edilməklə yanaşı, məktəblərdə, universitetlərdə birnövbəli təhsilə keçmək qənaətbəxş olardı:

"Burada vaxtları dəyişdirmək, xüsusilə də daha çox nəyə fikir vermək olar? Tutaq ki, məktəblərdə dərs saatlarının başlama vaxtının 8, yox 9-un yarısı, bəzilərini 9-da etmək uyğun olardı. Ola bilər ki, onların dərs saatları hətta 9, yaxud 10-un yarısı başlasın, amma bunu tətbiq etmək üçün ölkədə infrastruktur layihəsi də imkan verməlidir. Yəni, məktəblərdə bir növbəli sistemi olmalıdır ki, Avropa ölkələrində olduğu kimi. Onda uşaqlar dərsə 8-də yox, 10-da da getsələr, ikinci növbə olmadığına görə onlarda heç bir problem yaratmayacaq. Eyni prosesi universitet şəbəkəsinə də aid etmək olar. Əgər universitetlərdə ikinci növbənin dərsi 10-da qurtarırsa, indi bir saat burada vaxtı dəyişməklə orada 11-də dərs bitəcək. Məsələn, 8 saatlıq iş rejiminə malik olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunda iş saatı 9-da yox, 10-un yarısı başlayır. Artıq bunlar o sistemi öz işçilərinə tətbiq edə bilirlər".

R. Əsgərov iş qrafiklərinin müəssisə rəhbərləri, məktəblərdə isə ictimai dinləmələr nəticəsində mümkün olacağını vurğulayıb:

"O, müəssisələrdə, müəssisələr tərəfindən, valideyn iclasları tərəfindən, məktəbin pedaqoji şurası tərəfindən, ictimai dinləmələr tərəfindən razılaşdırılacaq. Amma burada vaxt məsələsində o qədər də böyük dəyişiklik olmur. Yenə deyirəm, bu vaxtın dəyişməsini elə etmək lazımdır ki, (4:49) bir tərəfdən o tıxacın qarşısını almasında və yaxud da ki, o sıxlığın qarşısını almasında rol oynayırsa, ikinci tərəfdən, ictimaiyyəti və yaxud da ki, bu təhsil sisteminin xidmətlərindən istifadə edənlərin də maraqlarına uyğun olmalıdır. İkinci bir məsələ də var ki, bunların qida rasionu, məktəblərdə bufetlərin az olması və yaxud da olmaması, varsa da belə bunun qiymətlərinin real bazara uyğunlaşdırılması, bunların qidalanmasında müəyyən qədər aztəminatlı ailələr üçün problem yaratmamalıdır. Bir sözlə, dövlət bu tip məsələlərə kompleks yanaşmalıdır".

Mikayıl Mirzəzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 Fevral 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri