Icma.az
close
up
RU
Azərbaycanda iş vaxtı 4 də bitə bilər Şad xəbər

Azərbaycanda iş vaxtı 4 də bitə bilər Şad xəbər

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Azərbaycanda həftəlik və günlük iş normalarına yenidən baxılması təklif olunur. Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsi"ndə yer alıb. Sənəddə xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla, işçilərin fiziki və psixoloji sağlamlığının təmin edilməsi, ailə və sosial həyat tarazlığının qorunması (ailə münasibətlərinə, uşaqların tərbiyəsinə, ictimai fəaliyyətə daha çox zaman ayrılmasına şərait yaradılması), habelə əmək məhsuldarlığının yüksəldilməsi məqsədilə həftəlik və günlük iş normalarına yenidən baxılması təklif edilir. 
Bu barədə iqtisadçı ekspert Rəşad Həsənov Demokrat.az-a açıqlama verib.
O bildirib ki, hazırda həftəlik və gündəlik iş normalarına yenidən baxılması ilə bağlı təkliflər əsasən iş saatlarının azaldılması istiqamətində formalaşır:
“Məsələn, gündəlik iş vaxtının 8 saatdan 6 saata, həftəlik iş vaxtının isə 40 saatdan 30 saata endirilməsi kimi çağırışlar səsləndirilir. Bu təşəbbüslərin müzakirə kontekstinə nəzər salsaq, görərik ki, son dövrlərdə məsələ daha çox Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması üçün mümkün həll yollarından biri kimi təqdim olunur. Xüsusilə dövlət sektorunda məhsuldarlıq amilini nəzərə alsaq, gündəlik iş saatının 8 saatdan 6 və ya 5 saata endirilməsinin ciddi neqativ iqtisadi təsir yaradacağını düşünmürəm. Beynəlxalq təcrübə göstərir ki, iş vaxtının azaldılması, işçilər üçün daha əlverişli və çevik iş rejimlərinin tətbiqi, o cümlədən məsafədən iş imkanlarının yaradılması bir çox hallarda məhsuldarlığın artmasına səbəb olur. Proses düzgün idarə olunarsa, bu cür təşəbbüslər Azərbaycanda da müsbət nəticələr verə bilər. Çünki işçi üçün əlavə stimullar formalaşır. Ailəsinə daha çox vaxt ayırmaq, şəxsi qayğılarla daha səmərəli məşğul olmaq imkanı yaranır. Eyni zamanda məsafədən iş xərclərin optimallaşdırılmasına da şərait yaradır”.
O deyib ki, sürətlə rəqəmsallaşan iqtisadi model və süni intellektin iqtisadi fəaliyyətlərə inteqrasiyası fonunda iş saatlarının azaldılması artıq ciddi çağırışlardan biri kimi çıxış edir:
“Bu dəyişiklik dolayısı ilə bir sıra əlavə müsbət nəticələrə də gətirib çıxara bilər. Nəqliyyat sıxlığının azaldılması, atmosferə atılan çirkləndiricilərin həcminin qismən azalması, əhalinin asudə vaxtının artması. Nəticədə insanlar əyləncə, istirahət və turizm xidmətlərinə daha çox vaxt ayıra bilər ki, bu da müvafiq sahələrdə istehlakın və iqtisadi aktivliyin artmasına, yeni məşğulluq imkanlarının yaranmasına səbəb ola bilər. Özəl sektora gəldikdə isə, bir sıra ölkələrin təcrübəsində bu sahəyə birbaşa müdaxilə etmədən alternativ yanaşmalar tətbiq olunur. Məsələn, istehsalat müəssisələrinin iş saatlarının daha çox gecə saatlarına keçirilməsi və ya növbəli iş rejimi olan müəssisələrdə növbə dəyişmə vaxtlarının yenidən tənzimlənməsi kimi addımlar atılır. Bu cür “yenidən dizayn” yanaşmalarının əsas məqsədi şəhər nəqliyyatının daha effektiv idarə olunması, tıxacların azaldılması və kütləvi sərnişindaşıma xidmətlərinə əlçatanlığın yaxşılaşdırılması ilə bağlı olur”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Mart 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see293

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see275

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see268

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see252

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see250

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see219

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see211

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see205

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see204

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see196

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see186

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see186

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see185

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see183

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see180

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see178

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see175

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see167

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see163

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri