Yardımlıda çayda meyiti tapılan azyaşlının ölümü ilə bağlı təfərrüatlar
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yardımlı rayonunda çayda meyiti tapılan azyaşlının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Moderator.az xəbər verir ki, hadisə rayonun Gendərə kəndində baş verib.
Kənd sakini, 2-ci sinif şagirdi Əli Qurbanov günorta saatlarında məktəbdən evə gəlib, yemək yedikdən sonra anasına babasıgilə getmək istədiyini bildirib.
Anasından icazə alan uşaq yaxınlıqda yaşayan babası evinə yollanıb. Yolunun üzərindəki körpünün yaxınlığından keçərkən çayda olan kiçik balıqlara baxmaq üçün sahilə enib. Bu zaman ehtiyatsızlıqdan ayağı sürüşərək suya düşüb.
Axşam saatlarında Əlinin evə qayıtmadığını görən yaxınları onu axtarmağa başlayıblar. Nəticədə azyaşlının meyiti körpünün yaxınlığında, çayın dayaz hissəsində aşkarlanıb.
Mərhumun qohumu Simran Qurbanovun sözlərinə görə, uşağın bədənində hər hansı zorakılıq əlaməti olmayıb. Müvafiq müayinələr aparıldıqdan sonra onun nəşi ailəsinə təhvil verilib.
Qeyd edək ki, Əli Qurbanov ailənin dörd övladından böyüyü olub. Atası daş karxanasında çalışır.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 25 Noyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















