Icma.az
close
up
RU
Bu gün Kəlbəcərin günüdür

Bu gün Kəlbəcərin günüdür

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 25 noyabr Kəlbəcər şəhəri günüdür. Günün mübarək, Kəlbəcər!

27 il əsarətdə qalan bu qədim yurd yerimizin üç il əvvəl işğaldan azad olunması həm də bütün dünyanın yaddaşında Azərbaycan xalqının humanistliyi, əsilzadəliyi, insanpərvərliyi ilə qalacaqdır. Kəlbəcərin işğaldan azad olunması ilə xalqımız iki böyük qürurlu səhifə açdı müasir tariximizdə: Kəlbəcər 27 illik işğaldan azad olundu. Azərbaycan xalqı bu yurdu 27 il əsarətdə saxlayan, sərvətlərini talayan, tarixi binaları, məktəb, xəstəxana və digər sosial obyektləri, evləri uçurub-dağıdan düşmənə bu torpaqdan çıxması üçün 10 gün daha vaxt verdi. Tək bu fakt 44 günlük Vətən müharibəsində Azərbaycan haqqında bəzi xoşagəlməz fikirlər yürüdən dövlətlərə çox dəyərli cavabdır. Üçtərəfli razılaşmaya əsasən noyabrın 15-də Kəlbəcərdən çıxmalı olan düşmənə 10 gün vaxt verilməsi ölkəmizin Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasətində xüsusi bir mərhələni təşkil edir. O mərhələ ki bu addımla Azərbaycan xalqının kimliyini bir daha dünyaya bəyan etdi.

Blitzkriq əməliyyatı ilə işğal olunan Kəlbəcər

Blitzkriq alman sözüdür. Blitz (ildırım), krieg (müharibə) sözlərinin birləşməsindən yaranıb. Mənası sürətli qələbə qazanmaq üçün gərgin hərbi kampaniya, “şimşək müharibəsi”dir. Bu kampaniya XX əsrin əvvəllərində alman feldmarşalı Alfred fon Şliffen tərəfindən yaradılıb. Blitzkriq zirehli tanklar və hava dəstəyi də daxil olmaqla, hərəkətli, manevr gücləri istifadə edərək düşmənə sürətli, fokuslanmış bir zərbə vurmaq üçün hazırlanmış hücum müharibəsi metodunu təsvir etmək üçün istifadə olunan bir termindir. Belə bir hücum ideal olaraq əsgər və topçu itkisini məhdudlaşdıraraq sürətli bir qələbəyə səbəb olur. I Dünya müharibəsində almanlar blitzkriqi Polşa, Norveç, Belçika, Hollandiya, Fransaya, II Dünya müharibəsində isə Rusiyaya tətbiq etmiş və uğurlu nəticələr qazanmışlar.

Maraqlıdır, bunu ermənilər Kəlbəcərə necə tətbiq etmişdilər? Sovetlər Birliyinin 15 müttəfiqindən biri Azərbaycan idisə, digəri də Ermənistan idi. Nəzərə alsaq ki, Azərbaycan Ermənistandan bütün dövrlərdə zəngin bir ölkə olub, 70 il sonra 1990-cı illərdə Azərbaycan iqtisadi cəhətdən o vəziyyətdə idisə, gör indi Ermənistan hansı vəziyyətdə imiş. Yox, unutduğum fərqli bir məsələ var: erməni yaltaqlığı, riyakarlığı. Həmin dövrdə Sovetlər Birliyi özünü yenidən dirçəltmək üçün ermənilərdən hərtərəfli istifadə edirdi. Elə blitzkriq əməliyatı da ermənilərə havadarlıqlarının növbəti məsləhəti idi. Faktlar da bunu təsdiq edir: Rusiya mənbələrinə görə, Ermənistanda yerləşdirilən 128-ci alayın (7-ci Rusiya Ordusu) dağ qoşunları Kəlbəcəri blitzkriq əməliyyatı ilə ələ keçirdi. İlk ağır müqavimətdən sonra Azərbaycan qoşunları tezliklə dağıldı və rayon mərkəzi 1993-cü il aprelin 3-də işğal olundu.

Hadisələrə bu günün prizmasından yanaşdıqda ermənilərin Kəlbəcərdəki alman blitzkriq əməliyyatı ilə bağlı belə bir qənaətə gəlirəm ki, onlara bu əməliyyat yəqin ulu babaları Qaregin Ter-Artyunyanın (Nijde) uzun illər alman faşistlərinə köpək kimi xidmətindən ərməğandır. Maraqlıdır, Sovetlər Birliyinin tör-töküntüsü onları almanlara satan Nijdenin tör-töküntüsünə niyə bu dəstəyi verirdi? Məqsəd hər zamankı kimi aydındır... 30 il əvvəlin fonunda o da aydın göründü ki, Azərbaycan 30 ilə yaxın bir dövrdən sonra düşmənə blitzkriq əməliyyatından da güclü həmlələr etdi.

Kəlbəcərin sahibi gələcəkdi...

1993-cü ildə Kəlbəcər işğal olundu. 70 il əsarətdə yaşayan, sərvətləri mənimsənilən, əlləri bomboş olan bir xalqın əlindən alındı böyükmiqyaslı torpaqları, eləcə də Kəlbəcəri. Bu xalqın igid övladları çıxdı düşmənin qarşısına. Çünki tarixən Azərbaycan oğulları canından keçib, lakin düşmən qarşısından qaçmayıb. Son nəfəsinədək torpaq uğrunda vuruşub. Lakin əliboş, silahsız nə etmək olardı? Blitzkriq əməliyyatının qarşısında ov tüfəngi nə iş görə bilərdi? Heç nə. Ona görə də nəticə belə oldu: Kəlbəcərin 58 mindən artıq əhalisi minillərboyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salındı, 321 nəfər əsir düşdü və ya girov götürüldü, 511 nəfər vəhşicəsinə qətlə yetirildi. 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibb məntəqəsi, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100 min qaramal, 500 min baş qoyun-quzu, 100-lə maşın, texnika və sair talan edildi, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı.

Kəlbəcər bu taleyi yaşadı, bəli. Lakin bu o demək deyildi ki, Azərbaycanın bu qədim torpaqları əbədiyyən erməni tapdağı altında qalacaqdı. Bu o demək deyildi ki, evindən-eşiyindən didərgin salınan minlərlə insanın bu taleyi ilə barışılacaqdı. Milyardlarla manatlıq sərvətin dağıdılmasına göz yumulacaqdı.

Gələcəkdi zamanın da sahibi, torpaqların da. Və gəldi də. 30 ildə bu ölkənin sərvətlərinin əsas hissəsi ordu quruculuğuna ayrıldı, 30 il əvvəlki uğursuzluğu uğurla əvəz etmək üçün. Torpaqları yağıdan azad etmək üçün. İnsanların üzərindən qaçqın, köçkün, yurdsuz adını götürmək üçün. Onları yurdlarına geri qaytarmaq, torpaqların ətrini yenidən qoxulatmaq üçün. Ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin həm hərbi, həm də siyasi bacarığı ilə, milli ordumuza yüksək səviyyədə sərkərdəliyi ilə tariximizə 44 səhifə əlavə olundu. Bu 44 səhifəyə 200-300 minilliyə bərabər tarix yazıldı. 10 noyabr Bəyanatı ilə Qarabağ probleminə son qoyuldu.

Kəlbəcərə həyat qayıdır...

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev: “Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə həyat qayıdacaqdır”.

Elə həmin Baş Planla da Kəlbəcər yenidən qurulur. Kəlbəcərdə avtomobil yolları, yeni kəndlər salınıb. Su Elektrik stansiyaları, yarımstansiyalar qurulub. Hərbi hissə, hospital tikilib. Kəlbəcər şəhərində yaşayış məhəlləsi salınır, məktəb, sosial obyektlər tikilir. İstisuya yeni həyat verilir...

Bəli, biz Kəlbəcərə qayıdırıq. Ata-baba yurdumuza, əzəli torpaqlarımıza qayıdırıq. Bu xalq XXI əsrdə yazdığı qəhrəmanlıq dastanı ilə – “Qarabağ” dastanı ilə o torpaqlara qayıdır. Dövlət-xalq birliyi, lideri ilə, şücaətlə, rəşadətlə, şəhidləri, yaralı qaziləri, 27 illik yurd təşnəli insanları ilə erməni qəsbkarlarından geri aldığı torpaqlara qayıdır. Orada şəhidlərinin qanı axmış torpaqları qoxulamağa, o torpaqlarda azan səsini dinləməyə, öz ata-babasının məzarını ziyarət etməyə, o torpaqlara yeni həyat verməyə qayıdır.

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see340

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see307

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see306

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see302

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see276

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see272

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see263

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see255

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see253

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see251

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see244

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see233

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see230

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see229

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see224

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see222

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see218

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see213

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see211

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri