Icma.az
close
up
RU
Azərbaycanda işsizliyə son verəcək addım: İqtisadiyyatın yeni drayveri

Azərbaycanda işsizliyə son verəcək addım: İqtisadiyyatın yeni drayveri

Olke.az saytına istinadən Icma.az xəbər verir.

“Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında bir sıra istehsal müəssisələrinin açılışında və təməlqoyma mərasimlərində iştirakı bu sahəyə ali səviyyədə davamlı  diqqətin təzahürüdür. Azərbaycanda iqtisadi inkişafın yeni drayverlərindən birinə çevrilən sənaye parkları bir tərəfdən yerli tələbatın ödənilməsinə töhvə verir, digər tərəfdən qeyri-neft ixracatının artımını şərtləndirir.
Statistik məlumatlara əsasən 2025-ci ilin ilk 11 ayında qeyri neft-qaz məhsullarının ixracı 3 milyard 317 milyon dollar olub. Bu da Azərbaycanın qeyri neft-qaz ixracatında  7,3 faiz artım deməkdir. Sözügedən artımda sənaye parkları, eləcə də sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsinin xüsusi payı danılmazdır”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

Onun sözlərinə görə, sənaye zonalarında indiyədək ümumilikdə 19,4 milyard manatlıq məhsul istehsal edilib.  “Ümumilikdə, qloballaşmanın sürətləndiyi, texnoloji yeniliklərin iqtisadi münasibətləri köklü şəkildə dəyişdirdiyi müasir dövrdə sənaye parkları ölkələrin sosial-iqtisadi inkişafında mühüm rol oynayan əsas mexanizmlərdən biridir. Yəni, istehsal müəssisələrinin bir ərazidə cəmləşdirilməsi, müasir infrastrukturla təmin olunması və biznes mühiti üçün  əlverişli şəraitin yaradılması sahibkarlığı təşviq etməklə yanaşı, investisiyaların cəıbi və nəticədə məşğulluğun təmin olunmasında əvəzsiz rol oynayır. Bundan başqa, məlumdur ki, bu parklar iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli məhsul istehsalı və davamlı inkişaf baxımından strateji əhəmiyyət kəsb edir”, - o qeyd edib.
O əlavə edib ki, sahibkarların hazır infrastruktur, logistika imkanları, enerji və kommunikasiya şəbəkələri ilə təmin olunması eyni zamanda istehsal xərclərini azaldır, biznesin qurulması üçün tələb olunan vaxtı minimuma endirir: “Nəticədə yerli və xarici investorların marağı artır, iqtisadiyyata əlavə kapital axını təmin edilir; birbaşa xarici investisiyaların cəlb edilməsində effektiv vasitə hesab olunur; xüsusilə rəqəmsal iqtisadiyyat dövründə sənaye parkları bilik və innovasiya mərkəzlərinə çevrilir; sənaye parkları ixrac potensialının artırılmasında mühüm rol oynayır. 
Sənaye Parkları müasir standartlara cavab verən, keyfiyyətli və rəqabətqabiliyyətli məhsulların istehsalı xarici bazarlara çıxışı asanlaşdırmaqla yanaşı, daxili təlabatın ödənilməsi,  xarici asılılığın minimuma endirilməsi, yerləşdiyi ərazilərdə əhaliniin məşğulluğuna müsbət təsiri baxımdan mühüm əhəmiyyət kəsb edir. Yeni nəsil sənaye parkları ekoloji standartlara uyğun şəkildə fəaliyyət göstərir, yaşıl texnologiyalardan istifadəni təşviq edir. Enerji səmərəliliyi, tullantıların idarə olunması və ətraf mühitin qorunması bu parkların əsas prinsipləri sırasındadır. Bu yanaşma sənayeləşmə ilə ekoloji tarazlıq arasında balansın qorunmasına imkan verir. Beləliklə, neft bazarındakı volatillik, qlobal geo-siyasi risklərin gücləndirdiyini bir vaxtda qeyri neft-qaz ixracatınınn daha da artırılması dayanıqlı iqtisadi inkişaf üçün mühüm önəm kəsb edir. 2026-cı ildə büdcə gəlirlərinin 57 faizi, ümumi daxili məhsulun isə 68 faizi qeyri neft-qaz sektorunun payına düşəcək. Odur ki, ümumi ixracatda da qeri neft-qaz sektorunun payının daha da artırılması yeni dövrün əsas hədəflərindədir. Bütün bunlar fonunda Azərbaycanın uzunmüddətli iqtisadi strategiyasında sənaye parklarının rolunun artırlması prioritet sayılır”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Yanvar 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see440

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see274

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see209

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see204

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see187

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see186

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see185

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see176

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see175

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see155

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see155

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see152

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see148

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see142

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see138

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri