Azərbaycanda it kişinin burnunu qopardı Həkimlər yerinə tikdilər FOTOLAR
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında (TCK) ağır travmanın aradan qaldırılması məqsədilə mürəkkəb rekonstruktiv əməliyyat icra olunub.
Modern.az-ın məlumatına görə, it dişləməsi nəticəsində burun nahiyəsində ciddi toxuma itkisi yaranan pasiyent Klinikaya müraciət edib.
Burunun böyük hissəsinin itirilməsi ilə nəticələnən travma pasiyentin həm xarici görünüşünə, həm də burun funksiyalarına ciddi təsir göstərib. Burun strukturunun və funksiyasının bərpası üçün pasiyentə mərhələli rekonstruktiv əməliyyat tətbiq olunub.
Əməliyyat Azərbaycan Tibb Universitetinin Ağız, üz və çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimovun rəhbərliyi ilə, plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə rezident, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov tərəfindən həyata keçirilib.
Cərrahi müdaxilə zamanı burunun itirilmiş hissəsinin bərpası üçün müasir rekonstruktiv cərrahiyyə üsullarından istifadə edilib. Rekonstruksiya nəticəsində zədələnmiş burun toxumalarının anatomik bütövlüyünün bərpasına nail olunub.
Əməliyyatın əsas məqsədi yalnız pasiyentin xarici görünüşündə yaranmış defekti aradan qaldırmaq deyil, eyni zamanda burunun funksional imkanlarını da mümkün qədər bərpa etmək olub.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 31 Avqust 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















