Icma.az
close
up
RU
Azərbaycanda kərə yağı qıtlığı Şirkət rəhbəri səbəbini açıqladı

Azərbaycanda kərə yağı qıtlığı Şirkət rəhbəri səbəbini açıqladı

Icma.az, News24 saytına istinadən bildirir.

Azərbaycanda bir sıra əmtəə nişanlı kərə yağlarının satışında qıtlıq yaranıb. Xüsusilə böyük supermarket şəbəkələrində 5 kiloqramlıq kərə yağı tapmaq çətinləşib. Paralel olaraq, bazarda tələbat yüksək olan kərə yağlarının - “Anchor”, “Gerda”, “Best Cow”, “Westgold”, "Golden Crown”, "Valio" yağlarının qiymətləri artıb.

News24.az bildirir ki, “Valio”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elçin Cəfərov Teleqraf-a açıqlamasında "Valio" yağlarının dəyərində dəyişiklik olmadığını bildirdi.

Qeyd etdi ki, artıq bir neçə ildir ki, hökumət yağ bazarına nəzarət edir. Avropadan idxal edilən yağlara Nazirlər Kabinetinin qərarı ilə 2017-ci ildən güzəşt tətbiq edilir. Belə ki, məhsulun statistik dəyərinin (əlavə dəyər vergisindən başqa) 15%-i həcmində deyil, 5% həcmində idxal vergisi tutulur:

"Azərbaycan bazarında tələbatın yüksək olduğu 3 əsas yağ brendindən biri “Valio”dur. "Valio" yağlarının qiyməti gündəlik bazar dəyərinə əsasən tənzimlənir. Rüblük qiymət azalıbsa, biz də azaldırıq. Qiymətdə dəyişiklik olduqda gömrük orqanlarını məlumatlandırırıq".

E. Cəfərov bir sıra supermarket şəbəkələrindəki qiymət fərqlərini sahibkarların öz daxili marjaları ilə əsaslandırdı.

“Böyük supermarket şəbəkələri bir çox hallarda 3%-ə qədər marja tətbiq edirlər. Yəni yağın qiymətinin artımına bəzən bu şəbəkələrin qoyduğu əlavə qiymət təsir göstərir”.

Hazırda dünya bazarında kərə yağının bahalaşdığını deyən Elçin Cəfərov qeyd etdi ki, bunun səbəblərindən biri enerji qiymətlərinin artmasıdır:

"Qışda enerjiyə daha çox tələbat olur, buna görə də bu aylarda məhsulun, əsasən yağın qiyməti qalxır. Yaz aylarında isə əksinə. Düzdür, yayda yağın qiymətinin enəcəyi ilə bağlı hələlik Finlandiyada müzakirələr aparılmır. Bütün hallarda ola bilsin ki martdan sonra qiymətlər azalsın".

Elçin Cəfərovun sözlərinə görə, yağ istehsal edən dövlətlərdə süd qıtlığı da səbəblər sırasına daxildir.

“Bu, əslində, qlobal məsələdir. Dünya bazarında südlə bağlı ciddi qıtlıq var. Bu mövsümlə əlaqədardır. Qışda süd məhsullarına yay ayları ilə müqayisədə tələbat daha çox olur. Süd qıtlığı həmçinin məhsulun dəyərinə də təsir göstərib. “Valio”da 5 min fermerin üzv olduğu Fermerlər Assosiasiyası var. Tutaq ki, südün qiyməti 20-25 sentdir, “Valio” fermerlər zərər görməsin deyə ödənişi həmişə 50-55 sentdən hesablayır. “Valio”da inəklərdən sağılan südün keyfiyyəti həm yay, həm də qışda eyni vəziyyətdə qalır. Bu onların yemlənməsi ilə əlaqədardır. Yağ qıtlığının digər səbəbi Rusiya və Avropa İttifaqı arasındakı gərgin münasibətlərdir. Hansı ki, bu logistik daşımalara təsir göstərib. Logistik sərfiyyat hazırda 3 dəfə artıb. Yanvarda Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti Avropada dabaq xəstəliyini bəhanə edərək heyvandarlıq məhsullarının ölkəyə idxalını qadağan edib. Şimal Dəhlizi ilə daşımalar dayandığı üçün əvvəllər Azərbaycana 7 günə gələn məhsul, hazırda 10 Avropa ölkəsinin üzərindən keçir. Bəzən yolu qısaltmaq üçün Rumıniyanın Konstanta limanından istifadə edilir. Lakin bərələrin Gürcüstanda aşırılması, yenidən yüklənməsi nəticə etibarilə vaxt itkisinə gətirib çıxarır. Məsələn, bütün bu logistik problemlər və hava şəraiti ilə əlaqədar olaraq yanvarda sifariş etdiyimiz 10 maşın məhsulun yarısı ölkəyə gəlib çatıb".

Təchizatçı anbar ehtiyatlarını artırmağı düşündüklərini vurğuladı.

Qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) fevralda süd məhsullarının qiymət indeksinin 148,7 bənd təşkil etdiyini açıqlayıb. Bu da yanvar göstəricisindən 5,7 bənd (4,0 faiz) və ötən ilin müvafiq göstəricisindən 28,0 bənd (23,2 faiz) çoxdur. Eyni zamanda, 2025-ci ilin fevral ayı üçün Avropa və Okeaniyadan kərə yağının orta ixrac qiyməti 7,542,30 ABŞ dolları/ton təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 Mart 2025 00:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri