Icma.az
close
up
RU
Azərbaycanda kiçik ölçülü aqrar torpaqların birləşdirilməsi təşviq ediləcək

Azərbaycanda kiçik ölçülü aqrar torpaqların birləşdirilməsi təşviq ediləcək

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kənd Təsərrüfatı Nazirliyi Torpaq Məcəlləsinə edilmiş dəyişikliklərin hüquqi və texniki aspektlərini müəyyən edən alt normativ aktlar (reqlament) hazırlayır.

Bunu “Report”a açıqlamasında nazirliyin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev bildirib.

O qeyd edib ki, bu reqlamentlər çərçivəsində kənd təsərrüfatı təyinatlı torpaq sahələrində infrastruktur standartlarının tətbiqi tənzimlənəcək: “Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həmin rəylər əsasında tikinti icazələri verəcək”.

F. Tağıyevin sözlərinə görə, Torpaq Məcəlləsində edilmiş son dəyişikliklərlə aqrar sahədə fəaliyyət göstərən sahibkarlar və investorlar üçün əhəmiyyətli yeniliklər gətirib: "Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş tikililər, habelə işçilər üçün yaşayış təyinatlı əsaslı tikililər sahəsi 5 hektardan az olmayan ərazidə inşa edilə bilər. Qüvvəyə minmiş dəyişikliklərə əsasən, bu tikililər həmçinin vahid sərhəd daxilində yerləşən aqrar təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 %-dən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər. Buna icazə torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçisinin və ya icarəçisinin) müraciəti əsasında Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun verilir. Bu məqsədlər üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur. Dəyişikliklərin əsas məqsədlərindən biri də 5 hektar məhdudiyyətinin tətbiqi vasitəsilə kiçik ölçülü kənd təsərrüfatı torpaqlarının birləşdirilməsini təşviq etməkdir. Beləliklə, fərdi olaraq bu imtiyazlardan yararlana bilməyən torpaq sahibləri birləşərək, 5 hektar və daha böyük torpaq sahələri yaratmaqla qeyd edilən güzəştlərdən və imkanlardan faydalana biləcəklər".

O bildirib ki, dəyişikliklər bir çox vacib nüansları özündə əks etdirir: “Aqrar sektor üzrə investisiya yatıran sahibkarlar uzun və mürəkkəb prosedurlar səbəbindən torpaq sahələrinin təyinatının dəyişdirilməsi ilə bağlı çətinliklərlə üzləşirdi. Bu, bəzi investisiya layihələrinin ya təxirə salınmasına, ya da tamamilə dayandırılmasına səbəb olurdu. Yeni tənzimləmələr kənd təsərrüfatının inkişafına mane olan bu halların qarşısını almaq məqsədi daşıyır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://report.az
archiveBu xəbər 19 Fevral 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri