Icma.az
close
up
RU
Azərbaycanda klinik protokol çatışmazlığı: Həkimlər və xəstələr üçün RİSKLƏR

Azərbaycanda klinik protokol çatışmazlığı: Həkimlər və xəstələr üçün RİSKLƏR

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Azərbaycanda səhiyyə sahəsində bir çox tibbi protokollar mövcud olsa da, bəzi vacib sahələr üzrə hələ də standartlaşdırılmış qaydalar müəyyən edilməyib.

Bu isə həm həkimlərin işini çətinləşdirir, həm də pasiyentlərin düzgün və effektiv müalicə almasına mane olur.

Bəs bu halda həkim necə qərar verir, nələrə əsaslanır?

Klinik protokolların olmaması hansı risklər yaradır? Bu və digər suallara cavab tapmağa çalışmışıq.

Mövzu ilə bağlı Oxu.Az-a danışan ümumi cərrah Mahmud Mahmudov deyib ki, klinik protokolların tərtibi və tətbiqi dünya praktikasında xəstəliklərə vahid və ən doğru yanaşmanın təşkil edilməsi üçün nəzərdə tutulur:

"Bu, eyni zamanda, hər iki tərəfin, həm həkim həm də xəstənin özünü daha güvəndə hiss etməsi üçün vacibdir.

Belə ki, həm həkim etdiyi müalicənin istənilən tərəf və ya instansiya tərəfindən sorğulanacağı təqdirdə heç bir əks fikirlə qarşılaşmayacağına əmin olur, həm də xəstəyə olunan müalicə və müdaxilə həkimin təcrübə və belə demək mümkündürsə, "şəxsi qənaətindən" asılı olmur.

Bu, həm istənilən xəstənin hamı tərəfindən (istər müvafiq dərnəklər, istərsə də dövlət qurumları) qəbul olunmuş qayda və prosedurlar üzrə müalicə və müdaxiləsini tənzimləyir, eyni zamanda medikoleqal faktorlardan həkimi qorumuş olur".

Həkimin sözlərinə görə, o, praktikasında daha çox beynəlxalq protokolları əldə rəhbər tutaraq qərarlar verməyə çalışır:

"Əlbəttə ki, bu zaman da müəyyən medikoleqal problemlərin ola biləcəyini də nəzərə alaraq müəyyən modifikasiyalarla xəstələrimizə ən yenilikçi və ən uyğun müdaxilə edirik".

Klinik protokollarla bağlı dünya təcrübəsinə toxunan M.Mahmduov qeyd edib ki, qonşu ölkə Türkiyədə tətbiq olunan protokollara bütün tibb müəssisələrində əməl etmək məcburidir və kənara çıxmalar olduqda mənfi nəticə olmasa belə, bu həkim səhlənkarlığı sayılır. Onun sözlərinə görə, bu cür sərt yanaşmanın altında yatan səbəb klinik protokollar hazırlanarkən prosesin birbaşa assosiasiyalarla Türkiyənin Səhiyyə Nazirliyinin birgə həyata keçirməsidir:

"Bu artıq dövlət sənədi sayılır və hamı əməl etməlidir. Digər dövlətlərə gəldikdə isə post-sovet ölkələrinin əksəriyyətində vəziyyət elə Azərbaycandakı kimidir. Orada da xaricdə təkmilləşib gəlmiş həkimlər bu işlərdə lokomotiv rolu oynamağa çalışırlar"

"Ölkəmizdə də zamanla hər ixtisasda kifayət qədər müasir protokollarla çalışan mütəxəssislərin sayı artdıqca xəstəyə müdaxilənin minimum standartını müəyyənləşdirən meyarlar protokollar şəklində tətbiq ediləcəyinə inanıram", - deyə həkim qeyd edib.

Mövzu ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzindən bildirilib ki, klinik protokolların olması, ilk növbədə, həkimlərin gündəlik fəaliyyəti üçün lazım olan bir sənəddir, lakin təbii ki, bu, yeganə istinad ədəbiyyatı deyil:

"Təbii ki, klinik protokolların olmaması bir çox ciddi problemlərə səbəb ola bilər. Bunlardan birincisi, müalicə və diaqnostikada standartlaşmış yanaşmanın olmamasıdır ki, bu da müalicənin effektivliyini azalda bilər. İkinci ciddi problem səhv diaqnozların təyini və nəticə etibarilə səhv müalicə ehtimalını artıra bilir. Bu da xəstələrin sağlamlığına ciddi zərər vura bilər. Üçüncü məqam isə antibiotik və digər dərmanlardan yanlış istifadə ehtimallarının yüksək olmasıdır ki, bu səhiyyə xərclərini artıra bilər və eyni zamanda, antibiotiklərə qarşı davamlılığın yaranmasına səbəb ola bilər. Yuxarıda qeyd edilənlər nəticə etibarilə müalicə keyfiyyətinin aşağı olmasına səbəb olur, bu baxımdan klinik protokolların hazırlanması vacibdir. Bu istiqamətdə işlərin surətinin artırılması ilk növbədə, bu sahəyə maliyyə dəstəyinin artmasını tələb edir".

Mərkəzdən bildirilib ki, istənilən klinik protokol, ilk növbədə, sübutlu təbabətə əsaslanmalıdır, yəni klinik protokolda artıq böyük həcmli və çoxsaylı tədqiqatlarla öz effektivliyi sübut etmiş müayinə müalicə üsulları tövsiyə edilir:

"Təbii ki, bu müalicə üsullarından istifadə müalicənin effektivliyi artırır, pasiyent təhlükəsizliyini təmin edir, həmçinin iqtisadi baxımdan müalicəni səmərəli etmək məqsədini daşıyır. Bu baxımdan sığorta sistemi tətbiq edilən ölkələr üçün klinik protokolların olması vacibdir".

Lakin qeyd edilib ki, bu, heç də həkimlərə kor-koranə klinik protokolların tövsiyələrini yerinə yetirməyi tələb etmir:

"Həkimlər, ilk növbədə, xəstəni (insanı) müalicə edir və hər bir xəstəyə məxsus özəlliklər vardır ki, onlar müalicə prosesində nəzərə alınmalıdır və müalicə prosesini xəstənin fərdi xüsusiyyətlərinə uyğunlaşdırmalıdır".

Mərkəzdən verilən məlumata görə, hazırda Azərbaycanda bir sıra sahələr üzrə klinik protokollardan istifadə edilir, bir sıra protokollar isə hazırlanmaqdadır. Bildirilib ki, klinik protokolların bir qismi isə ikinci rəy üçün ekspertlərə təqdim edilib.

"İnfeksion xəstəliklər, qanyaradıcı orqanların xəstəlikləri, endokrin sistemin xəstəlikləri, psixi pozuntular, sinir sisteminin xəstəlikləri, qan dövranı sisteminin xəstəlikləri, tənəffüs orqanlarının xəstəlikləri, həzm sisteminin xəstəlikləri, dəri xəstəlikləri, sümük-əzələ sisteminin xəstəlikləri, travmalar, zəhərlənmələr, sidik-cinsiyyət sisteminin xəstəlikləri, hamiləlik doğuş və zahılıq dövrü, yenidoğulmuşlara qulluq, antibiotiklərdən istifadə və digər sahələr üzrə klinik protokollar artıq təsdiq edilib və həkimlərimiz tərəfindən aktiv istifadə edilir", - deyə məlumatda bildirilib.

Ölkəmizdə klinik protokolların hazırlanması prosesinin tənzimlənməsi məsələsinə gəlincə, mərkəzdən verilən məlumata görə, klinik protokollar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24.11.2008-ci il tarixli 160 saylı əmri ilə təsdiq edilən Azərbaycan Respublikasında Klinik Protokolların Tərtib Edilmə Qaydaları ilə tənzimlənir:

"Bu qaydaya əsasən, klinik protokol - müntəzəm yenilənən sənəd olaraq, hər hansı bir xəstəlik, sindrom, klinik vəziyyət və ya klinik situasiya zamanı tibbi yardım göstərilməsi üzrə sübutlu təbabət prinsiplərinə əsaslanan tövsiyələrdən ibarətdir. Klinik protokol bu və ya digər tibbi müdaxilənin effektivliyi ilə bağlı ən etibarlı elmi məlumatlar əsasında tərtib olunur".

Qurumdan, həmçinin o da bildirilib ki, klinik protokolların tərtibi zamanı xəstəlik üzrə dünya ədəbiyyatında mövcud təcrübə, tədqiqatlar, digər ölkələrin və peşəkar cəmiyyətlərin bu sahə üzrə hazırladıqları klinik protokollar və rəhbərliklər əsas kimi götürülür:

"Təbii ki, bu sənədlərdə qeyd edilən tövsiyələr yerli şəraitə, avadanlıq, laboratoriya təchizatı və qeydiyyata alınan dərman vasitələri yerli ekspertlər tərəfindən uyğunlaşdırılır".

Azərbaycanda oftalmologiya və plastik cərrahiyyə ilə bağlı klinik protokolların olmaması məsələsinə gəlincə, mərkəzdən verilən məlumatda bildirilib ki, klinik protokolların hazırlanması ciddi prosesdir və bu protokollar təbabətin bir çox sahələrini əhatə edir:

"Qeyd edilən sahələr üzrə hazırda bir necə protokol hazırlanma mərhələsindədir. Hazırda bir sıra klinik protokol üzərində iş gedir, bu protokolların hazırlanmasında Avropa Peşəkar Cəmiyyətlərinin, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Türkiyənin təcrübələrindən istifadə edilir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 Mart 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see276

Professor izah etdi: Demans riskini azaldan 8 vərdiş

01 Oktyabr 2025 16:34see198

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see141

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see140

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see139

Qurban Qurbanov: Futbolçularım sona qədər mübarizə apardılar

01 Oktyabr 2025 23:44see138

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see137

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see137

İsveçrəli nazir Fərhad Əliyevin keçmiş müşavirinə məktub yazıb

01 Oktyabr 2025 15:11see135

Azər Bağırov Gəncə klubunun rəhbərliyinə gətirildi

01 Oktyabr 2025 16:12see132

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see131

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see130

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see129

İlham Əliyev: Təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar

01 Oktyabr 2025 16:35see129

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see128

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see123

Məlhəm hospitalından gənc yazarın iddialarına CAVAB

01 Oktyabr 2025 21:17see123

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see122

Papa Leo: ABŞ Prezidentinin Qəzza üçün sülh planı real təklifdir

02 Oktyabr 2025 02:18see120

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri