Icma.az
close
up
RU
Azərbaycanda KOBİA nın dəstək mexanizmləri: rəqəmlər və faktlar

Azərbaycanda KOBİA nın dəstək mexanizmləri: rəqəmlər və faktlar

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda sahibkarlıq subyektlərinin 99,7 faizini mikro, kiçik və orta biznes (KOB) subyektləri təşkil edir. Dünyada isə fəaliyyət göstərən hər 10 müəssisədən 9-u KOB-dur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) XQ-yə bildirilib ki, 27 İyun - Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü KOB-ların iqtisadi artım, məşğulluq, innovasiya və dayanıqlı inkişafda oynadığı mühüm rola diqqətin artırılması məqsədilə qeyd olunur. BMT Baş Assambleyasının 2017-ci ildə qəbul etdiyi qətnamə ilə təsis olunmuş Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü KOB-ların iqtisadi inkişafın sürətləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına, innovasiyaların təşviqinə və Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsinin artırılmasına diqqəti yönəltmək məqsədi daşıyır.

Hazırda dünyada fəaliyyət göstərən müəssisələrin təxminən 90 faizini KOB-lar təşkil edir. Onlar qlobal məşğulluğun 70 faizdən çoxunu təmin edir və bir çox ölkələrdə yeni yaradılan iş yerlərinin əsas hissəsini formalaşdırırlar.

Rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və texnoloji yeniliklərin biznes mühitini sürətlə dəyişdiyi bir dövrdə KOB-lar çevikliyi, yeniliklərə operativ uyğunlaşma qabiliyyəti və innovasiya potensialı ilə iqtisadiyyatın ən dinamik seqmentlərindən biri kimi çıxış edir. Azərbaycanda da KOB-lar iqtisadiyyatın əsas sütunlarından biridir. Onlar əsasən ticarət, nəqliyyat və anbar təsərrüfatı, turizm, ictimai iaşə, sənaye, daşınmaz əmlak, təhsil və digər sahələrdə fəaliyyət göstərərək ölkənin iqtisadi fəallığının artırılmasına, məşğulluğun təmin edilməsinə və qeyri-neft sektorunun inkişafına töhfə verirlər.

Ölkə sahibkarları, xüsusilə KOB subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yeni KOB-ların yaradılmasını və mövcud bizneslərin inkişafını müxtəlif dəstək mexanizmləri və alətləri vasitəsilə təşviq edir. Belə ki, 2018-2025-ci illərdə KOBİA tərəfindən:

Hazırda 5 KOB evi (Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərləri) və 1 xidmət mərkəzi (Xaçmaz rayonunun Xudat şəhəri) fəaliyyət göstərir. Müvafiq dövrdə KOB evlərində sahibkarlara 1,5 milyona yaxın xidmət təqdim edilib;

56 “KOB dostu” ofisi fəaliyyət göstərir;

129 layihəyə 2,2 milyon manatdan çox qrant ayrılıb;

247 “Startap” şəhadətnaməsi verilib;

82 sərgi və yarmarkada 2 minədək KOB-un iştirakı dəstəklənib;

140-dək KOB-un ticarət şəbəkələrinə çıxışına dəstək göstərilib;

70 daxili bazar araşdırması aparılıb;

5200-dən çox ödənişsiz təlim keçirilib;

93 min saatdan çox ödənişsiz məsləhət xidməti göstərilib;

2800-ə yaxın biznes-plan hazırlanıb;

3 kommersiya hüquqi şəxsə KOB klaster şirkətinin şəhadətnaməsi verilib;

700-dən çox sahəvi görüş, maarifləndirmə tədbiri və ictimai müzakirələr təşkil olunub.

Bu dəstək mexanizmləri nəticəsində minlərlə sahibkarın biznes qurmasına və fəaliyyətini genişləndirməsinə, yeni məhsul və xidmətlərin yaranmasına və bazara çıxarılmasına, məşğulluğun artmasına töhfə verilib.

KOB-ların inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi, rəqabət qabiliyyətinin artırılması və dayanıqlı iqtisadi artımın təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Bu baxımdan KOB-ların dəstəklənməsi iqtisadi siyasətin prioritetlərindən biri olaraq qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 İyun 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri