London müstəqil B2B jurnalistikasını təşviq edir
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Media və jurnalistikanın gələcəyini formalaşdıran əsas trendlər “Newsrewired” konfransında müzakirə olunub
Noyabrın 26-da Londonda “JournalismUK” təşkilatının təşkilatçılığı ilə “Newsrewired 2026” konfransı öz işinə başlayıb. Tədbir beynəlxalq media qurumlarının nümayəndələrini, rəqəmsal strategiya mütəxəssislərini və redaksiya rəhbərlərini bir araya gətirib. Konfransda müasir jurnalistikada süni intellektin rolu, kontent yaradıcıları ilə əməkdaşlıq, abunəçi loyallığının qorunması və böhran şəraitində liderlik kimi aktual mövzular müzakirə olunur.
“JournalismUK”un baş direktoru və baş redaktoru Marsela Kunovanın açılış nitqi ilə başlayan proqram çərçivəsində ilk olaraq rəqəmsal media üzrə mütəxəssis, “Adriana Lacy Consulting” şirkətinin təsisçisi və baş direktoru Adriana Leysi inflyuenserlərlə əməkdaşlığın media brendləri üçün yaratdığı imkanlardan danışıb.
Günün ilk yarısında “Daily Mail” nəşrinin sosial yaradıcılıq şöbəsinin rəhbəri Elli Biitam və nəşrin kontent yaradıcısı Praşan Ley yaradıcı strategiyaların gündəlik redaksiya fəaliyyətində tətbiqinə dair nümunələr təqdim ediblər. Media strategiyası üzrə ekspert və jurnalistika məsləhətçisi Ditmar Şantin isə çıxışında redaksiyalarda diqqətdən kənarda qala biləcək süni intellekt uğursuzluqlarından və onların mümkün nəticələrindən danışıb. Tədbirdə “The New York Times Company”nin beynəlxalq məsələlər üzrə prezidenti Stiven Danbar-Conson beynəlxalq auditoriyanın abunə modelinə cəlb edilməsinin və abunəçilərin sadiqliyinin qorunmasının əhəmiyyətindən bəhs edib. Konfransın diqqətçəkən mövzularından biri də müasir redaksiyalarda həqiqətin qorunması və manipulyasiya riskləri arasında tarazlığın təmin edilməsi olub. Daha sonra “EUobserver” nəşrinin naşiri Alehandro Tauber reklam məzmununun redaksiya materiallarına uyğunlaşdırılması ilə bağlı praktiki nümunə təqdim edib. Almaniyanın SWR3 radio stansiyasının müxbiri və redaktoru Saşa Kaub isə jurnalistlər üçün daha effektiv mövzu axtarışı üsullarından danışıb.Digər sessiyalarda isə Ketrin Şuster-Brüs və Ceni Hollidey də çıxış edərək müvafiq olaraq peşəkar auditoriyalara çatmaq üçün yaradıcı yanaşmaları və “LinkedIn” platformasından daha səmərəli istifadə imkanlarını diqqətə çatdıracaqlar.
“The Fix” media platformasının həmtəsisçisi və direktoru Yakub Parusinski isə böhran şəraitində liderlik bacarıqlarının inkişafına həsr olunmuş simulyasiya keçirib. Konfrans iştirakçıların yeni əlaqələr qurması və peşəkar təcrübə mübadiləsi aparması üçün nəzərdə tutulan şəbəkələşmə görüşü ilə yekunlaşıb. Qeyd edək ki, “Addition”, “WNIP”, “The Media Stack”, “Red Bull Media House”, “Pinpoll”, “Journalist.net”, “WP Engine”, “Tickaroo”, “Conversario” və “FT Strategies” kimi qurumların dəstəyi ilə keçirilən tədbir müstəqil B2B jurnalistikasının inkişafını təşviq edir. Bu məqsədlə iştirakçılara “JournalismUK” (JUK) üzvlüyünün ilk iki ayı üçün xüsusi güzəşt təklif olunur.
Qeyd edək ki, “Xalq qəzeti”nin əməkdaşı Nəzrin Eldarqızı Londonda təşkil edilən “Newsrewired 2026” konfransının iştirakçıları arasındadır.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 26 Noyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















