“Ermənistanın sərhədlərini Rusiyanın qoruması absurddur” Deputat
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın sərhəd təhlükəsizliyinin təmin olunmasında Rusiyanın rolunun azaldılması istiqamətində proses davam edir. Baş nazir Nikol Paşinyan ölkənin dövlət sərhədlərini müstəqil qorumağa hazır olduğunu bəyan edib.
Bu açıqlama Ermənistanın təhlükəsizlik siyasətində yeni mərhələyə keçid və Rusiya ilə münasibətlərində dəyişən prioritetlər baxımından diqqət çəkir.
Maraqlıdır, Ermənistanın sərhəd mühafizəsini tam şəkildə öz üzərinə götürmək niyyəti Moskva ilə münasibətlərdə yeni dönüşün göstəricisidir, yoxsa İrəvanın təhlükəsizlik siyasətində müstəqilliyini gücləndirmək istiqamətində atdığı zəruri addımdır?
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Rasim Musabəyov açıqlama verib.
Deputat qeyd edib ki, Ermənistan sərhədlərinin Rusiya tərəfindən mühafizə olunması absurddur:
"Çünki Ermənistanın Rusiya ilə ümumi sərhədi yoxdur. Bütün keçmiş sovet respublikaları öz dövlət sərhədlərinin mühafizəsini özləri həyata keçirirlər. Belarus Rusiya ilə müttəfiq dövlət yaratmasına baxmayaraq, öz sərhədlərinin mühafizəsini özü təmin edir.
Tacikistan və Qırğızıstan da bu məsuliyyəti öz üzərinə götürüblər. Ermənistan isə indiyədək bu məsələdə geridə qalıb. Düşünürəm ki, bu, qaçılmaz prosesdir. Ermənistan özünü müstəqil dövlət elan edibsə, dövlət sərhədlərinin mühafizəsini də özü təmin etməlidir.
Rusiya ilə hansı yardımların göstəriləcəyi, hansı əlaqələrin qurulacağı məsələsini özləri müəyyən edə bilərlər. Ancaq ümumi yanaşma ondan ibarət olmalıdır ki, bu funksiyanı dövlət özü həyata keçirsin.
İkinci məsələ isə Ermənistanın bunu bacarıb-bacarmayacağıdır. Ermənistan bunu tamamilə bacara bilər. Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Tacikistan bu işi həyata keçirə bilirsə, Ermənistan niyə bacarmasın? Ermənistan da bunun öhdəsindən gəlmək iqtidarındadır".
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 26 Noyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















