Icma.az
close
up
RU
Azərbaycanda kombi sistemləri ləğv ediləcək? Həmin binalarda…

Azərbaycanda kombi sistemləri ləğv ediləcək? Həmin binalarda…

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Yeni tikilən binalarda kombi sisteminin ləğvinin təklif edilməsi narazılıqla qarşılanıb. Belə ki, bununla bağlı deputat Rövşən Muradov parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında çıxışı zamanı danışıb. Millət vəkilinin fikrincə, bu, israfçılıqdır və hətta yanğınlar, partlayışlar da məhz buna görə olur. Çünki 2005-dən tikilən binaların hamısında qazanxanalar var. 

Bu təklif realdırmı? Kombi sistemi ləğv olunmalıdır?

Globalinfo.az-a danışan əmlak eksperti Mülkədar Rüstəmov deputatın fikri ilə razılaşmadığını bildirib.

Onun sözlərinə görə, Bakıda xeyli yeni tikilmiş çoxmərtəbəli binalar var və onların təxminən 90 faizi qazla təmin edilib:

“Əksinə, istixanaların xərci kombi sisteminin xərcindən daha çox olur. Müasir kombilər az qaz sərfiyyatı ilə işləyir. Sabah işıq kəsilsə, qəza problemi olsa da, qaz xətti varsa, kombi mütləq çalışacaq. Kombi sistemini ləğv etmək qeyri-sağlam düşüncədir və günümüzün reallığı ilə üst-üstə düşmür. Əksəriyyət bilir ki, sovet dövründən qalmış binalarda mərkəzi istilik sistemi mövcuddur və o, tam olaraq, istiliyi çatdırmır. Xüsusilə bu, yuxarı mərtəbələrə aiddir və çox xərc tələb edir. Çoxmərtəbəli binalarda kombi sisteminin olması daha yaxşıdır. Müasir kombilərin istifadəsi üçün aylıq 30-40 manat ödəyənlər var. Kombilər evin istənilən yerini isidir, lakin qazanxanadan gələn istilik duş və mətbəxə çatmır”.

Mülkədar Rüstəmov

Ekspert bildirib ki, kombi sistemi əsasən 6 ay istifadə edilir:

“Soyuq havalarda qış, qalan aylarda isə yay rejiminə keçirilir. Belə aydın olur ki, təklifi irəli sürən deputatın bu sahədən, kommunal infrastrukturdan, tariflərdən məlumatı yoxdur. Qeyd edim ki, o binaların 80 faizi Fövqaladə Hallar Nazirliyinin (FHN) texniki şərtini alıb, komissiyadan keçib və istismarına icazə verilib. Yəni qaz xəttindən tutmuş hər şey yüksək təhlükəsizlik normalarına cavab verir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Aprel 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri