Icma.az
close
up
RU
Azərbaycanda kriminal avtoritetin cəzası ağırlaşdırıldı

Azərbaycanda kriminal avtoritetin cəzası ağırlaşdırıldı

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Gəncə Apellyasiya Məhkəməsində kriminal aləm üzvləri arasında baş verən silahlı insidentdə adam bıçaqlamaqda təqsirləndirilən “Gəncəli Püsük” ləqəbli Vüsal Süleymanov və Fariz Səmədovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, apellyasiya protesti qismən təmin olunub. Belə ki, Vüsal Süleymanovun cəzası 7 il 9 aydan 10 ilə, Fariz Səmədovun cəzası isə 6 il 2 ay 23 gündən 8 il 6 aya qaldırılıb.

İttiham aktına əsasən, 9 yanvar 2018-ci ildə “Gəncəli Püsük”, Fariz Məmmədov və bir neçə istintaqa məlum olmayan şəxslərlə kriminal aləmdə özünü tanıdan “Gəncəli Firdovsi” kimi tanınan avtoritetin adamları ilə Göygöl rayonu Qızılca kəndi ətrafında görüşüblər.

Söhbət zamanı qarşı tərəfə öz güclərini göstərmək məqsədilə Vüsal Süleymanov və Fariz Səmədov tərəfindən silahdan havaya atəşlər açılıb. Mübahisə zamanı Vüsal Süleymanov “Gəncəli Firdovsi”nin tərəfdarı olan Ruslan Əsgərovu bıçaqlayıb. Hadisə zamanı tərəflər hadisə yerindən uzaqlaşıb. Hadisədən bir il keçəndən sonra “Gəncəli Püsük” polis əməkdaşları tərəfindən Bakı şəhər Xəzər rayonunun Mərdəkan qəsəbəsində saxlanılaraq istintaqa təhvil verilib.

Şahidlərin istintaqa verdiyi ifadələrindən məlum olur ki, mübahisəyə səbəb Gəncə şəhərinin “kriminal vəziyyəti”nə kimin baxılması ilə bağlı olub. Şahidlərin ifadəsində qeyd edilir ki, 2018-ci ildə “Lotu Quli” ləqəbli Nadir Səlifov Gəncə şəhəri üzrə “Püsük”ü təyin edib. Lakin “Lotu Quli”ni qanuni oğru kimi tanımayan “Gəncəli Firdovsi” bu “praqon”a etiraz edib. “Gəncəli Firdovsi” kriminal aləmdə çox tanımış və nüfuzlu avtoritet kimi qəbul edilir. Bu səbəbdən tərəflər arasında qarşıdurma olub.

Faktla bağlı Vüsal Süleymanov və Fariz Səmədov Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Süleymanovun və Fariz Səmədova verilən ittihamlar dəyişdirilib. Belə ki, onlara qarşı irəli sürülən Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilib. Məhkəmənin hökmü ilə “Gəncəli Püsük” 7 il 9 ay, Fariz Səmədov isə 6 il 2 ay 23 gün müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə istintaq dövründə barəsində polis nəzarəti qətimkan tədbiri seçilən Fariz Səmədov məhkəmə zalında həbs edilib.

Kamal Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 Mart 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see134

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see118

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see118

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see115

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see115

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see114

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see114

Maskın təklifi

08 İyun 2025 04:23see114

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see114

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

Ozempic qeyri adi bir yan təsirə malikdir..?

07 İyun 2025 23:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri