Icma.az
close
up
RU
Azərbaycanda limon bahalaşıb Səbəb MƏLUM OLDU

Azərbaycanda limon bahalaşıb Səbəb MƏLUM OLDU

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda limon yenidən bahalaşıb. Əgər bir müddət əvvəl bu sitrus meyvəsi pərakəndə satışda 50-60 qəpiyə təklif olunurdusa, indi bəzi marketlərdə bir ədəd limonun qiyməti 1-1,50 manat arasında dəyişir. Kiloqramla satışda da artım müşahidə olunur - əvvəllər 2,5-3 manata təklif edilən limonun kiloqramı hazırda daha da yüksəlib.

Məsələ ilə bağlı Modern.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qiymət artımının əsas səbəbi yerli limon ehtiyatlarının tükənməsi və Türkiyədən idxal olunan məhsulun bahalaşmasıdır.

Onun sözlərinə görə, Azərbaycanda limon istehsal olunsa da, bu, daxili tələbatı tam ödəyə bilmir. Məhsul mövsümündə yerli limonun bir hissəsi Rusiya və digər ölkələrə ixrac edilir:

“Keçmiş postsovet məkanında limon yalnız Azərbaycan, Gürcüstan və məhdud şəkildə Tacikistanda yetişir. Yəni böyük bir regionda bu məhsul cəmi üç məhdud ərazidə istehsal olunur. Əgər ixrac dayandırılarsa, Azərbaycanın daxili tələbatını ödəmək mümkündür. Lakin ixracat sahibkarların qərarına bağlıdır və biz bu prosesə müdaxilə edə bilmirik. Nəticədə fevral-mart aylarından yerli limonla bağlı bazarda azalma müşahidə olunur ki, bu boşluğu əsasən Türkiyədən idxal olunan məhsul doldurur”.

İqtisadçı ekspert onu da əlavə edib ki, bu il Türkiyədə baş verən təbii fəlakətlər və şaxtalar limon sahələrinə ciddi ziyan vurub. Bu səbəbdən orada məhsul azdır və bahalaşıb:

“Türkiyədə limon məhsulu məhdudlaşdığı üçün Azərbaycana gətirilən limonun qiyməti də yüksəlib. Digər ölkələrdən idxal iqtisadi baxımdan sərfəli deyil, çünki nəqliyyat və logistika xərcləri yüksəkdir. Odur ki, yaxın vaxtlarda limonun qiymətində ucuzlaşma gözlənilmir, bu bahalaşmanın yeni məhsul mövsümünə payız aylarına qədər davam edəcəyi ehtimal olunur”.

Aytac Bəhruzqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyun 2025 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see373

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see284

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see240

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see224

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see219

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see213

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see202

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see199

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see198

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see194

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see182

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see177

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see174

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see163

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see161

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see160

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see159

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see157

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see156

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri