Azərbaycanda maaş və pensiyalar yeni qaydada ödəniləcək
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Ölkədə maaş və müavinətlərin verilməsində yeni dövr başlayır. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administratoru Tofiq Acırqayev paytaxtda təşkil olunan “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” platformasında açıqlayıb. O qeyd edib ki, əhalinin sosial ödənişlərini, təqaüdlərini və əməkhaqqını arzuladıqları bankdan əldə etməsinə şərait yaradılacaq.
Tofiq Acırqayevin sözlərinə görə, vətəndaşlar bu prosesə məcburi şəkildə cəlb olunmayacaqlar.
“Bu yanaşma vətəndaşlara öz banklarını sərbəst seçmək imkanı verəcək. Vəsait alan şəxslərə bank seçimi üzrə alternativ imkanların yaradılması nəzərdə tutulur. Bankların pensiyaçılara təqdim etdiyi xüsusi xidmət paketləri, o cümlədən nağdsız ödənişlər üzrə stimullaşdırma tədbirləri genişlənəcək. İlkin mərhələdə əmək haqqı ödənişləri, daha sonrakı mərhələlərdə isə pensiya və sosial müavinətlərin icrası Ani Ödənişlər Sistemi üzərindən reallaşacaq. Bu çox geniş və çox şaxəli bir layihədir. Bu layihənin inteqrasiyasında iştirak edən tərəflər arasında daim müzakirələr aparılır”, - deyə qurum rəsmisi vurğulayıb.
Qısası, artıq hər kəs maaşını və pensiyasını hansı bankdan almaq istəyirsə, özü qərar verəcək. Bu məcburi olmayacaq və ilk olaraq maaşlardan başlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 11 İyun 2026 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















