Azərbaycanda maliyyəyə çıxışın artırılması üzrə prioritetlər müzakirə edilib
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda maliyyəyə çıxışın artırılması üzrə müəyyən edilmiş hədəf göstəricilərin icrası, görülmüş işlər və qarşıda duran prioritetlər müzakirə edilib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, AMB ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri arasında “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində görüş keçirilib. Görüşdə Strategiyada nəzərdə tutulmuş tədbirlərin monitorinqi və qiymətləndirilməsi üzrə geniş fikir mübadiləsi aparılıb, eyni zamanda, Strategiyada hədəf indikatorları olan bank aktivlərinin və kredit portfelinin artımının iqtisadi inkişafa və maliyyə sektorunun sabitliyinə təsirləri müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 29 Dekabr 2024 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















