Azərbaycanda məktəblərlə bağlı YENİLİK Hər şagirdə 2000 manat...
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Dövlət məktəblərində yeni maliyyələşmə mexanizminin tətbiqi şagird sayına əsasən ayrılan vəsaitin təhsil müəssisələrinin real xərclərini nə dərəcədə qarşılayacağı məsələsini gündəmə gətirib.
Yeni qaydalara əsasən, tam orta ümumtəhsil məktəblərində bir təhsilalana düşən illik baza xərci 2 000 manat müəyyən edilib. Lakin xüsusilə şagird sayı az olan kənd məktəblərində müəllimlərin əməkhaqqı, istilik, kommunal xidmətlər və binanın saxlanılması xərclərinin bu vəsait hesabına qarşılanması suallar doğurur.
"Yeni Sabah" xəbər verir ki, mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, şagird başına ayrılan vəsait məktəblərin faktiki xərclərini tam əks etdirmir: Sezar pizza
"Hər şagird üçün ayrılan 2 000 manat vəsait məktəbin faktiki xərclərini tam əks etdirmir. Bir məktəbdə 5, digərində 50, başqa bir məktəbdə isə 500 şagirdin təhsil almasından asılı olmayaraq, kommunal xidmətlər, istilik sistemi, binanın saxlanılması, təmizlik və elektrik enerjisi kimi xərclər mövcuddur. Bu xərclər şagird sayının azalması ilə eyni nisbətdə azalmır.
Eyni zamanda, müəllimlərin əməkhaqqı xərcləri də birbaşa şagird sayından asılı deyil. Müəllim dərs saatına uyğun olaraq öz vəzifəsini yerinə yetirir. İstər 5, istərsə də 30 şagirdə dərs desin, bu, xərclərin avtomatik olaraq azalacağı anlamına gəlmir.
Digər tərəfdən, məktəblərə şagird sayına uyğun ayrılan vəsait onların bütün xərclərini qarşılamağa kifayət etməyə bilər. Məsələn, məktəbdə 10 şagird təhsil alırsa, hər şagird üçün 2 000 manat hesablandıqda, ümumilikdə 20 min manat vəsait ayrılır. Lakin bu, məktəbin bütün xərclərinin həmin məbləğlə məhdudlaşacağı demək deyil.
Nazirlər Kabinetinin qərarında da nəzərdə tutulur ki, şagird başına müəyyən edilən məbləğ məktəbin faktiki xərclərini ödəmədikdə, çatışmayan vəsait digər mənbələr hesabına qarşılanmalıdır”.
Baxış sayı:54
Bu xəbər 27 Oktyabr 2026 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















