Azərbaycanda məktəbli intihar etdi
Medicina saytından alınan məlumata görə, Icma.az bildirir.
Ağcabədi rayonunda 9-cu sinif şagirdi özünü asıb.
Medicina.az xəbər verir ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
Onun sözlərinə görə, hadisənin başvermə səbəbləri rəsmi şəkildə açıqlanmasa da, müxtəlif ehtimallar müzakirə olunur. İddialara görə, yeniyetmənin ötən il yayılan şəxsi görüntüləri ilə bağlı məktəb rəhbərliyi ailəsini söhbətə çağırıb. Bu dərs ilində isə şagirdin təhsilə daha ciddi yanaşdığı deyilir.
Hadisə baş verən gün məktəbli dərsə gəlməyib. Ailəsinin bildirdiyinə görə, anası əməliyyat olunduğu üçün icazə alıb, valideynlər günorta saatlarında xəstəxanada olan zaman evdə tək qalan qız özünü asıb.
K.Ağazadə intihar edən yeniyetmənin kimliyini açıqlamayıb. O, bunu araşdırma getməsi ilə əsaslandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 28 Noyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















