Azərbaycanda Mərkəzi Baltik biznes forumu keçiriləcək
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin oktyabr ayında Azərbaycanda Mərkəzi Baltik regional biznes forumu keçiriləcək.
“Report” xəbər verir ki, bunu Latviyanın Ticarət və Sənaye Palatasının Avropa İttifaqı layihələri üzrə departament direktoru Liqa Siçeva bu gün “LEF Network Azerbaijan” çərçivəsində təşkil olunmuş "Mərkəzi Baltik və Azərbaycan" biznes forumunda bildirib.
"Bu, “LEF Network Azerbaijan” çərçivəsində Azərbaycanda son tədbir olacaq. Oktyabrda Bakıda keçiriləcək forum möhtəşəm olacaq və müxtəlif ölkələrdən biznes nümayəndələrini bir araya gətirəcək", - o qeyd edib.
L.Siçeva əlavə edib ki, bu il həmçinin Estoniya və Finlandiyada iki səfər missiyası və iki biznes forumu təşkil olunacaq: “Beləliklə, bu il üçün proqram kifayət qədər zəngindir və ümid edirik ki, əla nəticələr verəcək”.
Baxış sayı:129
Bu xəbər 04 Mart 2025 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















