Mərkəzi Asiya Təhlükəsizlik Forumu Düşənbədə keçiriləcək
Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.
NIAT Khovar xəbər agentliyinin məlumatına görə, Mərkəzi Asiya Təhlükəsizlik Forumu 30 apreldə Düşənbədə keçiriləcək. Tacikistan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə keçirilir.
Forumda Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan strateji tədqiqat institutlarının nümayəndələri, eləcə də Tacikistan nazirlik və qurumlarının nümayəndələri, tədqiqatçılar və təhlükəsizlik mütəxəssisləri iştirak edəcəklər. Tədbir proqramına regional dövlətlərin etimadını artırmaq və hərəkətlərini əlaqələndirmək məqsədi daşıyan plenar iclaslar, dəyirmi masalar və ekspert müzakirələri daxildir.
Forumun məqsədi Mərkəzi Asiyada mövcud təhlükəsizlik məsələlərini müzakirə etmək və yaxın gələcək üçün proqnozları barədə fikir mübadiləsi aparmaqdır. Forumda potensial və ehtimal olunan təhlükəsizlik çağırışları və imkanları araşdırılacaq, regional təhlükəsizliyə təsir edən transregional amillər müəyyən ediləcək.
Təşkilatçılar forumun Mərkəzi Asiyanın sabit inkişafı üçün vacib olan təhlükəsizlik sahəsində strateji dialoqu və təcrübə mübadiləsini gücləndirəcəyini vurğulayırlar.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 13 Aprel 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















