Çexiyada dabaq virusunun qarşısını almaq üçün geniş tədbirlər görülür
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkəyə dabaq xəstəliyi virusunun daxil olmasının qarşısını almaq üçün Çexiya hökuməti aprelin 4-də gecə yarısından etibarən Slovakiyadan bütün yükdaşımalarını məhdudlaşdırıb.
AZƏRTAC xəbər verir ki, yeni qaydalara əsasən, Slovakiyadan gələn yük avtomobilləri yalnız beş sərhəd məntəqəsindən keçə bilər. Çəkisi 3,5 tondan çox olan bütün avtomobillər Dövlət Baytarlıq Nəzarəti Qurumunun qaydalarına uyğun olaraq sərhəddə dezinfeksiya ediləcək. Nəqliyyat Nazirliyi yük avtomobillərinin təkərlərinin dezinfeksiya edilməsini təmin etmək üçün müvafiq texniki düzəlişləri yekunlaşdırır. Nazir əvvəllər bəyan etmişdi ki, bu tədbirlərə baxmayaraq, yoldan keçən bütün nəqliyyat vasitələrini dezinfeksiya etmək mümkün olmayacaq, çünki məsələn, hər gün Lanjqot keçid məntəqəsindən təxminən 12 min yük maşını keçir.
Xidmətlər, ilk növbədə, yük maşınlarına yönəldiləcək, çünki onlar dabaq xəstəliyinin baş verdiyi ərazidən gəldikləri üçün daha çox risk yarada bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 04 Aprel 2025 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















