Icma.az
close
up
RU
İnstagram və Tik Tok un Azərbaycanda populyarlıq səbəbi

İnstagram və Tik Tok un Azərbaycanda populyarlıq səbəbi

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

İnsanlar bu sosial şəbəkələrdə bir-birinin şəxsi həyatını izləyir
Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə İnstagram olub. Bu barədə APA “StatCounter”yə istinadən məlumat yayıb. Bu dövrdə İnstagram-ın Azərbaycanın sosial şəbəkə bazarındakı payı 36,04% təşkil edib. Bu isə 2024-cü ilin dekabr ayı ilə müqayisədə 11,05 faiz bəndi və illik müqayisədə 1,13 faiz bəndi azdır.
İstifadəçi sayına görə, ikinci yerdə 25,82% payla Facebook qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 9,79 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz bəndi çox olub. Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 16,14% payla Pinterest olub. Bu, aprel ayı ilə müqayisədə 0,77 faiz bəndi, illik müqayisədə 3,85 faiz bəndi azdır.
Ötən ay YouTube sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aylıq müqayisədə 3,41 faiz bəndi, illik 0,1 faiz bəndi artaraq 13,38%-a çatıb. Dövr ərzində YouTube istifadəçi sayına görə dördüncü yerdə qərarlaşıb. Ötən ay X sosial şəbəkəsi ölkəmizdəki bazar payını aylıq 1,61 faiz bəndi, illik 1,81 faiz bəndi azaldaraq 5,05%-lə beşinci yerdə dayanıb. İstifadəçi sayına görə altıncı yeri 1,91% payla Reddit sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar payını aylıq 0,31 faiz bəndi, illik 0,49 faiz bəndi artırıb. Yanvar ayında Linkedin sosial şəbəkəsi 0,91% bazar payı ilə yeddinci yerdə qərarlaşıb. Sosial şəbəkə ölkədəki bazar payını aylıq 0,14%, illik 0,32% azaldıb.

Mehman Xəlilov
İnformasiya texnologiyaları sahəsində ekspert Mehman Xəlilov “Yeni Müsavat”a açıqlamasında deyib ki, İnstagram-ın ölkəmizdə populyar olmasında Facebook-un da rolu var:
 “Onların hər ikisi Meta Şirkətinin məhsullarıdır. Facebook-da belə bir funkisya var ki, şəkil paylaşanda onu avtomatik İnstagram-da yerləşdirir. İnsanlar post paylaşanda reytinqini yuxarı etmək üçün bu funksiyadan istifadə edirlər.  Həmçinin nəzərə alaq ki,  İnstagram TikTok-dan daha əvvəl yaradılıb. Ora şəkil paylaşmaq üçün daha uyğun yerdir deyə statistikada birinci yerə çıxıb. TikTo” isə sadəcə əyləncə üçün daha gənc nəslin istifadə etdiyi əyləncə şəbəkəsidir. Linkedin statistikada aşağı yerdə olsa da, biznes baxımından çox uyğun platformadır. Facebook isə ünsiyyət şəbəkəsi kimi tanınır. TikTok  qısa videolar paylaşmaq üçün yaradılmış platformadır. Ondan daha çox yeniyetmələr və uşaqlar istifadə edir. Bu şəbəkələrin hər biri ayrı-ayrı auditoriyalara yönəlib. Gələcəkdə yeni sosial şəbəkələr yaradıla bilər və bununla da onlar saydıqlarımı arxada qoya bilər. Çünki süni zəkanın tətbiqi ilə genişlənmələr aparılır. Texnologiyalar müasirləşdikcə, yaddaş faylları artdıqca multimedia fayllarına üstünlük verilir. Gənc nəsil də daha çox multimedia üzərindən işləməyi xoşlayır. Gələcəyin lideri məhz video paylaşıla və mantaj edilib yüklənə bilən şəbəkələr olacaq".  

 Fərhad Mirəliyev 
İnformasiya texnologiyaları üzrə ekspert Fərhad Mirəliyev isə deyib ki, Azərbaycanda daha çox əyləncə xarakterli sosial şəbəkələr dəbdədir:
 “İnsanların düşüncələri, cəmiyyətin mentaliteti sosial şəbəkə seçimində vacib rol oynayır. Məsələn, bizim insanlar X və ya Threads sosial şəbəkələrindən aktiv istifadə etmir. Çünki cəmiyyətimizdə fikir ortaya qoymaq, fikir bildirmək zəif inkişaf edib. Buna görə də əyləncə xarakterli şəbəkələrə meyillidirlər. Bu məsələdə blogerlərin də təsir mexanizmləri var. Onlar hansı sosial şəbəkələrdə olurlarsa, insanları da arxalarınca aparırlar.
Azərbaycanda insanlar bir-birilərinin şəxsi həyatını bilməkdə maraqlıdırlar. Hər hansı sosial şəbəkə istifadəçisinin restorandan və ya alış-veriş yerlərindən paylaşımları daha maraqlı gəlir. Bu cür paylaşımları İnstagram və Tik Tok sosial şəbəkələrində etmək daha rahatdır. X sosial şəbəkəsində və ya Linkedin-də belə paylaşımlar etsən, bir az qınaqla qarşılanacaqsan. Çünki bu sosial şəbəkələrin yaradılma məntiqi bu işlər üçün nəzərdə tutulmayıb. Linkedin biznes adamları üçün daha maraqlıdır və orada biznes söhbətləri aparılır. Qadınlar dəbi, lüks yaşam tərzini, istirahət məkanlarını  İnstagram dan izləyir. Burada görüntü əsas təəssürat yaradır, başqalarının şəxsi həyatı ilə asanlıqla tanış olursan. Gələcək dövrdə də Azərbaycanda İnstagram və TikTok liderlik edəcək".
Araşdırmaya görə, İnstagram-dan ən çox istifadə edən ölkə Hindistandır. Belə ki, Hindistanda 363 milyon nəfər İnstagram-dan istifadə edir. Digər sıralarda ABŞ (169 milyon), Braziliya (134 milyon), İndoneziya (101 milyon), Türkiyə (57 milyon), Yaponiya (55 milyon), Meksika (44 milyon), Böyük Britaniya (33 milyon), Almaniya (30 milyon), Argentina (27 milyon) gəlir. 
ABŞ-da TikTok-un istifadəsində məhdudiyyətlər olsa da, ən çox (148,9 milyon  )bu ölkədə istifadə edilir. ABŞ Senatı TikTok-u yasaqlayan qanun layihəsini təsdiqləyib. Yeni qəbul olunan qanuna görə, dövlət orqanlarında, büdcə təşkilatlarında çalışan amerikalılara TikTok tətbiqini yükləmək və özlərinə məxsus telefonda ondan istifadə etmək qadağandır.
Avropa Komissiyası və Aİ Şurası DA 23 fevral 2023-cü ildə TikTok-un istifadəsi ilə bağlı işçilərin telefonlarına müvəqqəti qadağa qoyub. Qərar kibertəhlükəsizliyin gücləndirilməsi məqsədilə qəbul edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:328
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Fevral 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri