Icma.az
close
up
RU
Azərbaycanda möcüzə: 102 yaşlı şəhid atası uğurla əməliyyat olundu FOTO+VİDEO

Azərbaycanda möcüzə: 102 yaşlı şəhid atası uğurla əməliyyat olundu FOTO+VİDEO

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

102 yaşlı şəhid atası ağır travmadan sonra uğurla əməliyyat olunub.
Bu barədə Modern.az-a Universal Hospitaldan bildirilib. 

Məlumata görə, bu ilin 25 iyulunda şəhid atası, 102 yaşlı Hüsü Şəkəralıyev yaşadığl evdə yıxılaraq ciddi xəsarət alıb. Təcili olaraq Bakıda yerləşən Universal Hospitala çatdırılan pasiyentə sağ bud sümüyü başının yerdəyişmiş sınığı diaqnozu qoyulub. Yaşına və yanaşı xəstəliklərinə baxmayaraq, həkimlər onu əməliyyata almaq qərarına gəlib.

Pasiyentin ailəsinə əməliyyatın zəruriliyi və mümkün risklər ətraflı izah olunub. Ailənin razılığı ilə əməliyyat qərarı qəbul edilib. Daha az riskli sayılan spinal anesteziya ilə sağ bud-çanaq oynağının endoprotezləşdirilməsi (bipolyar protez implantasiyası) əməliyyatı həyata keçirilib. Əməliyyatı Uzman travmatoloq-ortoped Şamil Səfərəliyev və uzman travmatoloq-ortoped Elşən Hacıyev edib. 

Təxminən 1 saat davam edən müdaxilə texniki cəhətdən uğurla başa çatıb. Əməliyyatdan bir gün sonra pasiyentə erkən reabilitasiya məqsədilə fizioterapiya təyin olunub. Hazırda Hüsü Şəkəralıyev sərbəst şəkildə yeriyir, stasionar müalicəsi isə uğurla davam edir.

Universal Hospitaldan verilən məlumata görə, əməliyyat Ortopediya, Anesteziya və Reanimasiya şöbələrinin əməkdaşlarının birgə səyi ilə həyata keçirilib. 
Hospitaldan bildirilib ki, 102 yaşlı şəxsin sağlamlığına qovuşması üçün bütün kollektiv səfərbər olub:
“Yaşından və xəstəliyin mürəkkəbliyindən asılı olmayaraq biz hər bir pasiyentə fərdi yanaşma göstəririk. Məqsədimiz - sağlamlıq yolunda etibarlı dəstək olmaq və pasiyentin gündəlik həyatına qayıtmasını təmin etməkdir”.
Qeyd edək ki, bu hadisə yaşlı pasiyentlərin də düzgün tibbi müdaxilə və peşəkar yanaşma ilə sağlamlıqlarına qovuşa biləcəyini göstərən örnək kimi qiymətləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 İyul 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri