Azərbaycanda nağdsız ödənişlər il ərzində 17 faizdən çox artıb
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu ilin iyun ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 17,3 % artaraq 9 milyard 902 milyon manat təşkil edib.
525.az Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 8,575 milyard manatı (86,6 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 1 milyard 325 milyon manatı POS-terminallar, 2,5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 69,8 %-ni təşkil edib.
Bu il iyulun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon 798 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,1 % az, ilin əvvəlinə nisbətən 3,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 12 % artaraq 20,753 milyon, kredit kartlarının sayı isə 3,4 % azalaraq 2,045 milyon olub. İyunda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 13,786 milyard manat (illik müqayisədə 13,5 % çox) və 746 milyon manat (-6,8 %) təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 01 Avqust 2026 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















