Icma.az
close
up
RU
Azərbaycanda narkotik vasitələrin istehsalı və satışına görə ömürlük həbs cəzası tətbiq edilə bilərmi? AÇIQLAMA

Azərbaycanda narkotik vasitələrin istehsalı və satışına görə ömürlük həbs cəzası tətbiq edilə bilərmi? AÇIQLAMA

Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda narkotik vasitələrin istehsalı və satışına görə ömürlük həbs cəzası tətbiq edilə bilərmi? - AÇIQLAMA

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev əvvəllər parlament tərəfindən təsdiq edilmiş, narkotik vasitələrin istehsalı və satışına görə ömürlük həbsə qədər cəzaları sərtləşdirən qanunu imzalayıb.

Qanun narkotik vasitələrin yayılmasına görə vəzifəli şəxslərin cinayət məsuliyyətini də sərtləşdirib.

Sözügedən cinayətlərdə ittiham olunan şəxsləri əmlakı müsadirə olunmaqla 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.

Bəs görəsən Azərbaycanda da narkotik vasitələrin istehsalı və satışına görə ömürlük həbs cəzası tətbiq edilə bilərmi?

Mövzu ilə bağlı sabiq polis rəisi Şəmsəddin Əliyev Sonxeber.az – a açıqlama verib:

"Görünür Qazaxıstanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı vəziyyət həyəcan təbili çalacaq həddədir. Azərbaycan isə son bir-neçə il ərzində bu sahədə kifayət qədər inqilab addımlar atıb. Ölkəmizdə narkotiklə prinsipial mübarizə gedir. Bu mübarizə beynəlxalq aləmin də bu sahədə olan normalarını özündə ehtiva edir. Ümumiyyətlə, bəzən cəzaların sərtliyi müəyyən mənada cinayətlərin qarşısını almaqda səmərəli olmur. Amma təbii ki, bəzi ağır növ cinayətlərin qarşısını almaqda da sərt cəzalar tətbiq edilməlidir.
Mən düşünürəm ki, qəsdən adam öldürməyə, xüsusi amansızlıqlarla törədilən cinayətlərə, uşaq qətllərinə qarşı müstəsna cəza tədbirləri, hətta, ölüm hökmü lazımdır. Amma ömürlük həbs cəzası isə o deməkdir ki, məhkumun həyatının geri qalan hissəsində müəyyən mənada dövlət ona baxmalı olacaq. Həmin məhkumun yeməyi, geyimi, təmizliyi dövlət tərəfindən təmin olunacaq. Təbii ki, bu dövlətin öz vətəndaşına olan münasibətinin təzahürüdür. Amma düşünürəm ki, bir vətəndaş bilərək hər hansı cinayəti törədirsə, dövlətin onu himayə etməsi elə də doğru deyil.
Biz çalışmalıyıq ki, məhkumlar islah olunsun, cəzasını çəkib bitirdikdən sonra azadlığa çıxanda eyni əməlləri təkrarlamasın. Bütün xərcləri də buna yönəltmək lazımdır.
Bizim cinayət məcəlləmizin 235-ci maddəsində narkotik vasitələri talama və hədə-qorxu ilə tələb etmə cinayətini iki dəfədən çox törədən şəxslərin 8-15 ilədək azadlıqdan məhrum etmə cəzası var. Əgər ehtiyac olarsa, bu cəza 20 il və ya ömürlük tətbiq edilə bilər".

Çiçək Sadatova


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 07 Yanvar 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri