Icma.az
close
up
RU
ZATULİNİN BAKI TÜRMƏSİNDƏKİ “DOSTLARI” Duma deputatı yenə Qarabağ barədə “sayıqladı”

ZATULİNİN BAKI TÜRMƏSİNDƏKİ “DOSTLARI” Duma deputatı yenə Qarabağ barədə “sayıqladı”

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Qarabağın işğaldan azad edilməsindən illər keçsə də, təkcə Ermənistanda deyil, təəssüf ki, Rusiyada da bu tarixi ədalətin bərpasını heç cür həzm edə bilməyən bəzi şəxslər var. Onların ”ən parlaq” təmsilçilərindən biri isə Rusiya MDB İnstitutunun direktoru, Dövlət Dumasının hakim partiyadan olan deputatı və Dumanın MDB işləri komitəsi sədrinin birinci müavini Konstantin Zatulindir.

“AzPolitika” xəbər verir ki, “Moskovski komsomolets” nəşrində Konstantin Zatulinin Moskvadakı MDB İnstitutunda keçirilən “Rusiya-Ermənistan münasibətlərinin gələcək inkişaf perspektivləri” adlı “beynəlxalq dəyirmi masa”dakı çıxışı dərc edilib. Əvvəlcədən qeyd edək ki, həmin tədbirin adı “beynəlxalq” qoyulsa da, orada iştirak və çıxış edənlər əsasən rusiyalı ermənipərəst politoloqlar və Ermənistandakı rusiyapərəst siyasi qüvvələrin təmsilçiləri, erməni politoloqlar olublar.

Azərbaycanla bağlı müxtəlif təxribatçı açıqlamaların yer aldığı tədbirdə çıxış edən Konstantin Zatulin Nikol Paşinyan hökumətini hədəf almaqla yanaşı, növbəti dəfə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini sual altına alan fikirlər səsləndirib.

O, son illər Rusiya-Ermənistan münasibətlərinin pisləşməsində Ermənistanla yanaşı, Rusiyanın da günahkar olması fikri ilə razılaşmadığını bildirib. Üstəlik, “Qarabağın itririlməsini” ermənilərin “milli faciəsi” adlandırıb: "Mən dəfələrlə Ermənistanla bağlı hərəkətlərimizi və ya hərəkətsizliyimizi, xüsusən də 2020-ci il hadisələri ilə bağlı tənqid etmişəm və hələ də inanıram ki, milli faciəyə - Dağlıq Qarabağın itirilməsinə və erməni əhalisinin tarixi torpaqlarından kütləvi şəkildə köçməsinə səbəb olan müharibənin qarşısını almaq üçün bütün mövcud imkanlardan istifadə etməmişik. Mənim mahiyyət etibarilə əsir götürülmüş dostlarım və tərəfdaşlarım indi həbsdədirlər və Azərbaycan məhkəməsi tərəfindən məhkum ediliblər. Mənim üçün bu, şəxsi faciədir. Lakin bu, həm Ermənistanın, həm də Rusiyanın Rusiya-Ermənistan münasibətlərinin pisləşməsində eyni dərəcədə günahkar olduğu anlamına gəlmir. Çünki Ermənistan hökumətinin başçısı hazırkı siyasi kursunu təsadüfən və ya 2020-ci il hadisələrinin təsiri altında qəbul etməyib. Bu, bütün karyerasını Rusiya ilə münasibətləri pozmaq və Avropaya və ya Amerikaya daha yaxın olmaq, ya da ən azından Ermənistanın istiqamətini dəyişdirmək və bütün erməni keçmişindən imtina etmək istəyi üzərində qurmuş bir siyasətçinin qəsdən seçdiyi yoldur".

Üstəlik, Zatulin deyib ki, xüsusilə də Ukrayna müharibəsi fonunda artıq Rusiya üçün NATO ilə Avropa Birliyinin heç bir fərqi yoxdur, hər ikisi Rusiyanın düşmənidir və ona görə də Avropa ilə yaxınlaşan Ermənistandakı hakimiyyət kimilər də onlarla bir sırada dayanır. O, İrəvanın davranışını “hərbi əməliyyatlar zamanı xəyanət” adlandırıb: “Paşinyan hərəkətlərinə görə məsuliyyət daşıyacaq və dərin təəssüflə qeyd edim ki, o, tək deyil, bütün Ermənistanla birlikdə məsuliyyət daşıyır".

Zatulinin Ermənistan hökumətini, hətta xalqını hədələməsini bir yana qoyaq. Buna Ermənistan rəhbərliyi və ermənilər özləri qiymət versin. Onun növbəti dəfə Qarabağa dil uzatmasını isə qətiyyən nəzərdən qaçırmaq olmaz. “Qarabağın itirilməsi” ifadəsi faktiki olaraq ölkəmizin suveren, ayrılmaz hissəsi olan Qarabağın Azərbaycana məxsusluğunu sual altına almaq və ölkəmizə qarşı ərazi iddiasıdır.

Azərbaycanın tam haqlı olaraq, bütün beynəlxalq və daxili hüquqlar əsasında mühakimə etdiyi və bu gün Bakı həbsxanasında cəzasını çəkən keçmiş separatçı, terrorçu qurumun rəhbərlərini “dostlarım və tərəfdaşlarım” adlandırması isə Zatulinin özünün də həmin quldurlarla bir sırada durduğunun göstəricisidir. Hər imkan düşdükdə artıq tarixin zibilliyinə atılmış Qarabağdakı separatizm mövzusunu qaldıran Zatulin öz mahiyyəti etibarilə doğrudan da Ruben Vardanyandan, Araik Arutunyandan, Bako Saakyandan, Arkadi Qukasyandan və digər cinayətkarlardan az seçilir. Ona görə də onları “dostlarım və tərəfdaşlarım” adlandırması təbii görünür. Lakin artıq “qatar gedib” və Zatulin kimilər bu cür “dostlarını” hələ çox yada salacaq və həsrətini çəkəcəklər, lakin bunun heç bir faydası olmayacaq…

E.Qüdrətoğlu

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Noyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri