Müharibə günlərində kimlər Azərbaycana dəstək verdi? Deputatdan AÇIQLAMA
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Milli Məclisin bugünkü plenar iclasında 8 Noyabr - Zəfər Gününün ildönümü münasibətilə çıxış edən deputat Ceyhun Məmmədov Vətən müharibəsi günlərində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların və ölkəmizin haqq işinə dəstək verən digər xalqların nümayəndələrinin erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardıqlarını diqqətə çatdırıb.
"Yeni Sabah" xəbər verir ki, deputat vurgulayıb ki, etnik və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları həmin günlərdə görünməmiş həmrəylik nümayiş etdirərək ön və arxa cəbhədə sarsılmaz birlik yaradıblar və bu nailiyyət xalqımızın böyük tarixi uğurudur.
C.Məmmədov hazırda işğaldan azad edilmiş ərazilərdə miqyaslı abadlıq və quruculuq işlərinin sürətlə davam etdirildiyini bildirib. O qeyd edib ki, qısa müddətdə həyata keçirilən mühüm layihələr Prezident İlham Əliyevin gərgin və fədakar əməyinin bəhrəsidir. Deputat azad olunmuş şəhərlərdə infrastrukturun, xəstəxanaların, məktəblərin, yaşayış binalarının, mədəniyyət obyektlərinin, məscidlərin, muzeylərin, hava limanlarının, dəmir yollarının və tunellərin bərpası üzrə hərtərəfli işlərin görüldüyünü və bundan sonra Azərbaycanın yalnız inkişaf yolu ilə irəliləyəcəyini ifadə edib. Sezar pizza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 03 Noyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















