Icma.az
close
up
RU
Azərbaycanda neçə vegetarian var? RƏSMİ

Azərbaycanda neçə vegetarian var? RƏSMİ

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda vegetarian və ya veqan həyat tərzi sürən şəxslərin dəqiq sayı maraq doğurur.

Bəs ölkəmizdə rəsmi olaraq neçə vegetarian var?

Bakıvaxtı.az məsələ ilə bağlı Dövlət Statistika Komitəsinə sorğu ünvanlayıb. 

Komitənin tərəfindən bildirilib ki, vətəndaşların pəhriz üstünlükləri və vegetarianların sayı ilə bağlı göstəricilər qurumun müşahidə siyahısına daxil edilməyib.

Rəsmi cavabda qeyd olunur:

"Sorğu olunan məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən müşahidəsi aparılan göstəricilər siyahısına daxil deyil".

Bu səbəbdən də ölkə üzrə vegetarianların və ya veqanların sayı ilə bağlı hər hansı dövlət stasiyası və ya rəsmi hesabatı mövcud deyil.

Qeyd edək ki, dünya təcrübəsində isə vəziyyət fərqlidir. Bir sıra ölkələrdə vegetarian və veqanların sayı müxtəlif sorğular vasitəsilə öyrənilir. Məsələn, "Our World in Data"nın məlumatlarına görə, 2018-ci ildə 28 ölkəni əhatə edən Ipsos sorğusunda iştirakçıların 5 faizi özünü vegetarian, 3 faizi isə veqan kimi təqdim edib. Hindistanda isə vegetarian olduğunu bildirənlərin payı təxminən hər beş nəfərdən birinə çatıb.

Daha yeni beynəlxalq məlumatlarda da ölkələr arasında ciddi fərqlər görünür. Məsələn, 2025-ci ildə yayımlanan "Vegan Society" hesabatında Hindistanda vegetarianların payı 30 faiz, Meksikada 19 faiz, İsraildə 13 faiz göstərilib. Eyni mənbədə Böyük Britaniyada vegetarianların payı 10 faiz, Almaniyada isə 10 faiz olaraq qeyd olunur.

Almaniyanın 2024-cü il Qidalanma Hesabatına əsasən isə ölkə əhalisinin 8 faizi vegetarian, 2 faizi veqan olduğunu bildirib.

Günəş Mərd 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Oktyabr 2026 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see243

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see230

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see229

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see225

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see220

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see214

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see211

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see208

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see207

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see200

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see198

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see197

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see195

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see195

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see194

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see194

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see193

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see192

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri