Icma.az
close
up
RU
Azərbaycanda neçə yaşdan ov tüfəngi almaq icazəlidir?

Azərbaycanda neçə yaşdan ov tüfəngi almaq icazəlidir?

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Bakıda yerləşən "İdrak" Liseyində silahlı insident baş verib. Belə ki, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib. Güllələnən şəxs liseyin riyaziyyat müəllimi olub. Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. 

Daxili işlər Nazirliyindən verilən məlumata görə, şagird polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Maraqlıdır, neçə yaşdan mülki silah və mülki odlu silah əldə etmək hüququ var?

Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikasında 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mülki silah (odlu silah istisna olmaqla) əldə etmək hüququ vardır. Mülki odlu silah əldə etmək üçün isə vətəndaşın 21 yaşı olmalıdır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edə bilər. Silahın alınmasına xüsusi icazə verilir. Xüsusi icazəni əldə etmək üçün vətəndaş tərəfindən aşağıdakı sənədlər təqdim olunur:

-Ərizə (polis orqanından alınmış blank doldurulur)

-Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi;

-Sağlamlıq haqqında tibbi arayış;

-3x4 sm ölçüdə iki ədəd fotoşəkil.

Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğu və profilaktiki uçotda olub-olmaması yoxlanılır. Dövlət orqanı tərəfindən xüsusi yoxlanılması həyata keçirilən şəxslər barədə belə yoxlamalar aparılmır.

Mülki silahın əldə edilməsinə xüsusi icazə verilməsi üçün vətəndaşın ovçular cəmiyyətinin üzvü olması tələb edilmir.

Odlu ov və ya idman silahının saxlanılması, təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsi zamanı ilkin qeydiyyata görə şərti maliyyə vahidinin 10 misli məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb olunur.

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının qanununun 18.55-ci bəndinə əsasən odlu ov və ya idman silahının saxlanması, təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsinə görə:  

-   ilkin qeydiyyata görə                                     20 manat

-   təkrar qeydiyyata görə                                  10 manat

Xidməti silahın əldə edilməsinə icazənin verilməsinə görə:
-   ilkin qeydiyyata görə                                     20 manat
-   təkrar qeydiyyatına görə                               10 manat

dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur.

Vətəndaşın idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin etibarlılıq müddəti 3 ildir. Etibarlılıq müddətinin qurtarmasına 3 ay qalmış onun uzadılması üçün vətəndaşın ərizəsi, silahın saxlanılmasına, gəzdirilməsinə, təyinatı üzrə istifadə edilməsinə verilən xüsusi icazə, silahın özü və təkrar qeydiyyata görə şərti maliyyə vahidinin 5 misli məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz təqdim edilir. Ərizə verildiyi gündən 1 ay müddətinə baxılır. Xüsusi icazə yeni 3 il müddətinə uzadılır.

Aşağıdakı hallarda vətəndaşa mülki silah əldə etməsinə xüsusi icazə verilməsindən imtina edilir:

Onun mülkiyyətində kolleksiya əşyaları istisna olmaqla yeddi ədəddən çox odlu ov və ya idman silahı olduqda;

Haqqında alkoqolizm, narkomaniya, ruhi xəstəliklə habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq səhiyyə orqanının tibbi əks-göstərişi olduqda;

Ağır cinayətlərə görə, habelə silah və sursatdan və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda;

Ov və balıq ovu qaydalarının, odlu silahın və ya döyüş sursatının əldə edilməsi, saxlanılması və tətbiqi qaydalarının, ictimai qaydanın və müəyyən olunmuş idarəçilik qaydalarının pozulmasına görə, habelə odlu silahdan və ya sursatdan istifadə etməklə törədilmiş digər xətalara görə inzibati tənbeh tədbirləri tətbiq edildikdə (həmin inzibati tənbehin tətbiqindən 1 il müddətində);

Polis orqanlarında profilaktik və əməliyyat uçotunda olduqda;

Fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə;

Silahla təhlükəsiz davranma qaydalarını bilməməsi müəyyən olunduqda;

Yaşayış yeri müəyyən olunmadıqda.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Fevral 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see334

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see225

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see224

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see220

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see213

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see210

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see204

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see195

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see194

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see190

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see190

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see185

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see171

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see168

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see167

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see163

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see160

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see159

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri