“Azərbaycanda nəqliyyat infrastrukturuna böyük həcmdə sərmayələr qoyulub”
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur”.
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur.
İlham Əliyev, həmçinin qeyd edib ki, türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir.
“Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur”, - Prezident qeyd edib.
"Cebheinfo.az"


