Azərbaycanda on illər əvvəl olan bu adət artıq cinayət sayılır: 5 il iş düşür
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə rayon sakini olan 19 yaşlı xanımın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xanımın yeri müəyyən edilərək ailəsinə təhvil verilib.
Hüquqşünas Şamil Paşayev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, adam oğurluğu cinayətdir:
“Evlənmək məqsədinin olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Yəni, əgər siz bir şəxsi oğurlayırsınızsa, onunla evlənmək və ya onu evinizdə kölə kimi saxlamaq istəməyiniz fərq etmir. Bu əmələ görə ən azı on il azadlıqdan məhrumetmə cəzasına məhkum oluna bilərsiniz. Qadının məcburi nikaha daxil edilməsi, onun öz iradəsinə zidd şəkildə evləndirilməsi məsələsindən danışarkən, cəmiyyətdə “qız qaçırma” kimi tanınan adətə də diqqət yetirmək lazımdır. İctimaiyyət arasında “qız qaçırma” kimi tanınan bu hal, 1960-cı ilin Cinayət Məcəlləsinin 128-ci maddəsində “Qadını ərə getməyə məcbur etmə və ya onun ərə getməsinə mane olma”, 129-cu maddəsində isə “Qadını evlənmək məqsədilə oğurlama” kimi nəzərdə tutulmuşdu. Həmin maddələr üzrə müvafiq olaraq 3 il və 5 ilədək azadlıqdan məhrumetmə cəzaları müəyyən edilib”.
O deyib ki, hazırda qüvvədə olan Cinayət Məcəlləsində isə “qız qaçırma” adəti CM-nin 144-cü maddəsi - “adam oğurluğu” kimi təsbit edilərək ağır cinayətlər kateqoriyasına aid edilib:
“Şəxsin iradəsinə zidd olaraq, istər evlənmək, istərsə də başqa məqsədlə oğurlanması bütün hallarda adam oğurluğu kimi qiymətləndirilir. Əslində, məqsədindən asılı olmayaraq, hətta evlənmək məqsədi ilə belə olsa, şəxsin iradəsinin əleyhinə oğurlanmasının “adam oğurluğu” kimi qiymətləndirilməsi tamamilə düzgündür. Çünki bəzi hallarda evlənmək məqsədilə qız qaçıran şəxslər daha irəli gedərək, qızın ata evinə qayıtmaması üçün ona qarşı zor tətbiq edir, hətta onunla cinsi əlaqədə olmaqdan çəkinmirlər. Belə vəziyyətdə cəmiyyətin təzyiqi ilə üzləşən qadın istəmədiyi bir şəxslə yaşamağa məcbur qalır. Təəssüf ki, bəzən valideynlər də bu cinayətin ört-basdır edilməsində iştirak edir, qızlarının qaçırıldığı üçün artıq başqa biri ilə evlənə bilməyəcəyini düşünərək onları arzulamadıqları nikaha məcbur edirlər”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Azərbaycanda 5 min il əvvəl şərab və süd içiblər
19 İyul 2026 15:26
Azərbaycanda 40 il əvvəl 13 yaşında tələbə olan uşaq
10 Dekabr 2025 20:15
İllər əvvəl törədilmiş cinayət belə AÇILDI + VİDEO
18 Noyabr 2024 21:37
Gürcüstanda cəhd etdilər, Azərbaycanda necədir? 15 il əvvəl...
31 İyul 2025 22:58
Azərbaycanda 60 il əvvəl pivə belə daşınırdı FOTO
02 Dekabr 2025 12:48
Baxış sayı:135
Bu xəbər 07 Aprel 2026 22:04 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları