Azərbaycanda onlayn cərimə ödənişi zamanı komissiya tutulacaq MƏBLƏĞ
Icma.az bildirir, Milli.az portalına istinadən.
Azərbaycan bankları onlayn cərimə ödənişi zamanı vətəndaşlardan komissiya tutmağa başlayıb.
Milli.Az "Operativ Media"ya istinadən xəbər verir ki, cərimədən tutulan komissiya məbləği 0.40 AZN təşkil edir.
Məsələ ilə bağlı "Kapital Bank"dan bildirilib ki, 01.11.2025-ci il tarixindən etibarən, cərimə ödənişlərini təmin edən provayderin (xidmət təminatçısının) tələblərinə əsasən, bu əməliyyatlara komissiya haqqı tətbiq olunur.
Qeyd olunur ki, yeni qaydalara əsasən, cərimə məbləğindən asılı olmayaraq, ödəniş zamanı 0.40 qəpik komissiya haqqı tutulur.
Komissiya məbləği ödəniş zamanı avtomatik olaraq cərimə məbləği ilə birlikdə hesablanır.
Xatırladaq ki, Azərbaycanda inzibati cərimələri 10 gün ərzində ödəyənlərə 10 faiz güzəşt tətbiq edilir.
Milli.Az
Baxış sayı:64
Bu xəbər 12 Noyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















