Icma.az
close
up
RU
Azərbaycanda onlayn ticarət platformaları bağlanır? Açıqlama

Azərbaycanda onlayn ticarət platformaları bağlanır? Açıqlama

Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Son günlər ölkədə onlayn ticarət platformalarının (xüsusilə Temu) bağlanacağı ilə bağlı xəbərlər yayılıb. Buna səbəb kimi isə həmin onlayn platformaların Sədərək və Binə-nin satışlarına mənfi təsir etdiyi göstərilir. Bəs bu nə dərəcədə doğrudur? Bu iddialara əsas varmı?

İqtisadçı ekspert Asif İbrahimov Banco.az-a açıqlamasında bildirib ki, ölkədə Temu-nun fəaliyyətini bağlamaq yox, yanlış ticarət siyasətini dəyişmək lazımdır:

"Həqiqətən, onlayn satış platformaları fiziki fəaliyyət göstərən dükanlara əhəmiyyətli dərəcədə təsir edib. Lakin bunun səbəbini yalnız onlayn platformaların mövcudluğunda axtarmaq düzgün deyil. Əsas məsələ ölkədə həyata keçirilən ticarət və gömrük siyasəti, eləcə də yerli biznesin dəyişən iqtisadi reallıqlara uyğunlaşa bilməməsidir. Xarici onlayn platformalar eyni məhsulu daha ucuz, daha keyfiyyətli və daha rahat şəkildə təklif edə bilirsə, istehlakçını buna görə günahlandırmaq olmaz. Problem istehlakçıda deyil, rəqabət qabiliyyətini itirən biznes modelində və həmin modeli dəyişə bilməyən iqtisadi siyasətdədir".

İqtisadçının sözlərinə görə, Sədərək və Binə bazarları uzun illər Azərbaycanın topdansatış ticarətinin əsas mərkəzləri olub: "Lakin dünya dəyişib. Artıq alıcı bazara getmir, bazar alıcının telefonuna gəlir. Rəqəmsal ticarətə qarşı inzibati mübarizə aparmaq və texnologiyanı məhdudlaşdırmaqla bazarı qorumaq mümkün deyil. Əsas sual ondan ibarət olmalıdır ki, niyə xarici onlayn platformalar eyni məhsulu yerli bazardan daha ucuz təklif edə bilir? Bunun səbəbini yalnız istehsalçıda deyil, ölkənin ticarət və gömrük siyasətində də axtarmaq lazımdır.

Azərbaycanda idxal olunan mallara tətbiq edilən gömrük rüsumları, vergilər, logistika, anbar və digər əlavə xərclər məhsulun bazara çatana qədər qiymətini əhəmiyyətli dərəcədə artırır. Nəticədə istehlakçı eyni məhsulu xarici platformadan daha sərfəli qiymətə sifariş etməyə üstünlük verir. Əgər yerli sahibkar yüksək vergi, gömrük, logistika və icarə xərcləri daşıyır, xarici platformalar isə fərqli iqtisadi model əsasında fəaliyyət göstərirsə, dövlətin vəzifəsi rəqabəti qadağalarla məhdudlaşdırmaq deyil, bütün bazar iştirakçıları üçün ədalətli və balanslı rəqabət mühiti yaratmaqdır".

"Bu gün Binə və Sədərək bazarlarının əsas problemi Temu və ya Shein deyil. Əsas problem onların fəaliyyət göstərdiyi iqtisadi mühitin müasir rəqabət tələblərinə cavab verməməsidir. Rəqabət qabiliyyətini artırmaq əvəzinə rəqibi bazardan çıxarmağa çalışmaq ən asan, lakin ən yanlış iqtisadi yanaşmadır. Əgər onlayn platformaların fəaliyyəti məhdudlaşdırılsa və ya bağlansa, bundan ən çox zərər görən yenə Azərbaycan istehlakçısı olacaq. Rəqabət azalacaq, məhsul seçimi məhdudlaşacaq, qiymətlər yüksələcək və bazarda innovasiya, xidmət keyfiyyəti və səmərəlilik üçün stimul zəifləyəcək.

Dünyanın inkişaf etmiş ölkələri rəqəmsal ticarətlə mübarizə aparmır. Onlar rəqabət qaydalarını təkmilləşdirir, istehlakçı hüquqlarını qoruyur, vergi və gömrük sistemini müasir iqtisadiyyatın tələblərinə uyğunlaşdırırlar. Heç bir inkişaf etmiş iqtisadiyyat rəqabət apara bilməyən biznesi qorumaq üçün texnologiyanı və elektron ticarəti qadağan etmir, - iqtisadçı əlavə edib.

A. İbrahimov vurğulayıb ki, əgər həqiqətən Sədərək və Binə bazarlarını dəstəkləmək istəyiriksə, bunu inzibati qərarlarla deyil, islahatlarla etməliyik: "Gömrük və vergi siyasəti yenidən qiymətləndirilməli, logistika xərcləri optimallaşdırılmalı, sahibkarın maliyyə yükü azaldılmalı, bu ticarət mərkəzləri isə müasir logistika, elektron satış, anbar və paylama mərkəzlərinə çevrilməlidir. XXI əsrdə köhnə ticarət modeli ilə rəqabət aparmaq mümkün deyil. Bazar dəyişən şəraitə uyğunlaşan tərəfi önə çıxarır.

Bu gün Temu-nu və ya digər platformaları günahlandırmaq asandır. Ancaq iqtisadi siyasətdə əsas prinsip nəticə ilə deyil, səbəblə mübarizə aparmaqdır. Əgər yerli ticarət rəqabət qabiliyyətini itirirsə, bunun səbəbini xarici platformalarda deyil, ölkə daxilindəki ticarət, gömrük və biznes siyasətində axtarmaq lazımdır. Onlayn platformaları bağlamaq problemi həll etməyəcək. Əsl çıxış yolu rəqabəti məhdudlaşdırmaq deyil, rəqabəti gücləndirməkdir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://banco.az
archiveBu xəbər 31 İyul 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri