Icma.az
close
up
RU
Azərbaycanda peyda olan Amerika kəpənəkləri: ağacları gəmirir

Azərbaycanda peyda olan Amerika kəpənəkləri: ağacları gəmirir

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bölgələrdə və paytaxtın bir sıra ərazilərində yerləşən tut ağaclarına qurdlar daraşıb.

Bu gəmirici qurdların ağacların yarpaqları ilə qidalanaraq, onlara zərər verirlər.

Bəs görəsən, bu həşəratların adı nədir? Onlara qarşı hərhansısa tədbir görülürmü?

Lent.az-ın sorğusuna cavab olaraq, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban bildirib ki, Amerika ağ kəpənəyi adlanan bu həşəratlara qarşı intensiv mübarizə aparılır:

“May ayının əvvəllərindən etibarən Aqrar Xidmətlər Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi tərəfindən Amerika ağ kəpənəyinin yayılma ehtimalı yüksək olan Lənkəran-Astara, Quba-Xaçmaz, Zaqatala-Balakən bölgələri və  Abşeron rayonu ərazilərində intensiv müşahidə və mübarizə aparılır. Həmçinin Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən bölgələrdə maarifləndirici tədbirlər həyata keçirilir, zərərvericiyə qarşı mübarizəyə dair videoçarxlar hazırlanaraq yayımlanır. Amerika ağ kəpənəyi polifaq (çox yeyən) zərərverici hesab olunur və 230-a qədər ağac-kol və ot bitkisi ilə qidalanır. Zərərvericinin tırtılları tərəfindən yarpaqların kütləvi şəkildə yeyilməsi bitkilərin zəifləməsinə və nəticədə tamamilə məhv olmasına gətirib çıxarır. Zərərvericiyə qarşı yüksək səmərə əldə etmək üçün karantin, aqrotexniki, mexaniki, bioloji və kimyəvi tədbirlər sistemli şəkildə tətbiq olunmalıdır:

Qeyd edək ki, Amerika ağ kəpənəyi Azərbaycanda iki nəsil verir. Bəzi illərdə 3-cü natamam nəslin əmələ gəlməsi müşahidə olunur, lakin payızda soyuqların düşməsi nəticəsində kiçik yaşlı tırtıllar məhv olur. Qışlamış nəslin ilk fərdlərinin pupdan uçması may ayının (çiçəkləmənin əvvəli və ya çiçəkləmə dövrü), yay nəslinin uçması isə iyulun əvvəllərində baş verir. Uçuş 20-30 gün davam edir.

Karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirlərinin vaxtını müəyyən etmək məqsədi ilə zərərvericinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər bir nəslin inkişafı dövründə vaxtaşırı müşahidələr aparılmalıdır. İlk növbədə bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və s. yerlərdə zərərverici aşkar edildiyi hallarda, yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlər həyata keçirilməlidir. Zərərverici müşahidə edilən ağaclar üzərində tırtılların əmələ gətirdikləri torlu yuvalar kəsilərək tırtıllarla birlikdə məhv edilməli, ağaclar isə dərhal insektisidlərin biri ilə dərmanlanmalıdır. Dərmanlama kiçik yaşlı tırtılların kütləvi əmələ gəlməsi dövründə daha çox səmərə verir. Ağacların gövdə və skelet budaqları ölü qabıqdan təmizlənməli, əhənglənməli və bitki qalıqları məhv edilməlidir”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 İyun 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri