Icma.az
close
up
RU
Bakıda Amerika kəpənəkləri buna görə artırmış FOTOLAR

Bakıda Amerika kəpənəkləri buna görə artırmış FOTOLAR

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Bakıda sərçələrin sayı azalır, Amerika kəpənəkləri isə sürətlə artır. Əsasən tut ağaclarında torşəkilli yuva bağlayan bu kəpənəklər yüzlərlə yumurta qoyurlar. Əmələ gələn tırtıllar sonradan ziyanverici həşərata – Amerika ağ kəpənəyinə çevrilir. Bu həşəratlar evlərə axın edirlər. Yarpaqları yeyərək ağacların qurumasına səbəb olur, torlar qurub yumurtalarını qoyur və dayanmadan çoxalırlar.

Bəs bu artımın səbəbi nədir?

Mövzu ilə bağlı ekoloq Ənvər Əliyev Musavat.com-a açıqlama verib.

Ekoloqun sözlərinə görə, Amerika ağ kəpənəyi ölkəmizə qeyri-müəyyən yollarla gəlib və çoxalmaqda davam edir:

“Öncə ağ rəngdə olub asanlıqla seçilən bu həşərat yarpaqla qidalandığı üçün rəng dəyişir və ağacda az seçilir. Bu həşəratın əvvəlki illərdə artımı təbii yolla, sərçə kimi yırtıcı quşların vasitəsilə tənzimlənirdi. Lakin son illər qarğaların sərçə yumurtalarını kütləvi şəkildə yeməsi nəticəsində sərçə sayı azalıb. Bu, öz növbəsində Amerika ağ kəpənəyinin çoxalmasına səbəb olub. Həşərat asanlıqla yayılır, rəng dəyişir və qidalanma ilə çevikliyi artır”.

Ənvər Əliyev qeyd edib ki, şəhər dezinfeksiya idarələri bu məsələ ilə bağlı kifayət qədər iş görmürlər:

“Halbuki Amerika ağ kəpənəyi yumşaq səthə malik olduğu üçün dezinfeksiya maddələri vasitəsilə asanlıqla məhv edilə bilər. Mən şəxsən həyətimdə müşahidə etmişəm ki, tut ağacının bütün yarpaqları bu həşəratlar tərəfindən yeyilərək məhv edilib. Onlar həmçinin çinar ağacları və müxtəlif kənd təsərrüfatı bitkilərinə də ziyan vururlar. Həşəratlar binalara, pəncərələrdən asanlıqla daxil olaraq çox sayda yumurta qoya bilirlər”.

Ekoloq əhalini xəbərdar edir ki, əgər evlərdə torlar və tırtıllarla qarşılaşsalar, dərhal mübarizə tədbirlərinə başlasınlar:

“Sakinlər evlərində və həyətlərində bu həşəratın torlarını və tırtıllarını görsələr, dərhal dərmanlama və təmizləmə işlərinə başlamalıdırlar”.

Ekoloq həmçinin dövlət qurumlarına müraciət edib:

“Aidiyyəti qurumlar məsələyə ciddi yanaşmalı, vaxtında və effektiv tədbirlər həyata keçirməlidir. Amerika ağ kəpənəyi çox sayda yumurta qoyaraq sürətlə çoxaldığı üçün mübarizə intensiv aparılmalıdır. Əks halda, zərərli həşərat ekosistemin tarazlığını pozacaq və geniş ərazilərdə böyük iqtisadi və ekoloji zərərlərə yol açacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see322

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see301

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see295

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see282

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see281

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see274

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see272

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see270

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see246

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see233

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see231

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see229

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see227

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see224

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see224

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see217

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see212

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see211

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see202

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri