Icma.az
close
up
RU
“Amerika” partiyası yaranır

“Amerika” partiyası yaranır

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Mask hakimiyyətə iddialı olacaq

ABŞ-da klassik siyasi qüvvələrə alternativ yeni siyasi partiya meydana çıxır. Bu partiyanın ABŞ-da keçiriləcək növbəti prezident və Konqres seçkilərində iştirak edəcəyi gözlənilir. Belə ki, dünyanın ən zəngin adamı, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin sabiq rəhbəri İlon Mask siyasi partiya yaratdığını elan edib. ABŞ-ın kosmik nəqliyyat şirkətinin qurucusu və baş icraçı direktoru, o cümlədən TESLA şirkətinin rəhbəri İlon Mask iyulun 6 - da öz “X” sosial şəbəkəsində qeyd edib ki, onun rəhbərlik edəcəyi partiya ölkəyə azadlıq gətirəcək. “İkidən 1 fərqlə, yeni siyasi partiya istəyirdiniz və olacaq. Ölkəmizin xərclər və rüşvətxorluq üzündən iflasa uğradığı bir vəziyyətdə məlum olur ki, biz demokratiya deyil, birpartiyalı sistemdə yaşayırıq. Bu gün “Amerika Partiyası” azadlığınızı sizə qaytarmaq üçün quruldu,” - deyə İ.Mask öz hesabında vurğulayıb. Xatırladaq ki, sahibkar İlon Mask partiyasını elan etməməmişdən əvvəl “X” platformasında ölkədə yeni bir siyasi partiya yaratmaq zərurəti ilə bağlı sorğu keçirmişdi. O, bu sorğu ilə bir çoxlarına ABŞ-da ikipartiyalı sistemin sınaqdan keçirildiyi və xalqın daha geniş siyasi çeşidə ehtiyacı olduğunu diqqətə çatdırıb -  ikipartiyalı sistemə alternativ institutun yaradılmasının zərurətini vurğulayaraq “Amerika” partiyası yaratmalıyıqmı?” adlı sual ünvanlayıb. Sual ünvanlandıqdan sonra, yalnız bir neçə saat ərzində 81 mindən çox istifadəçi sorğuda iştirak edib və bu müddət ərzində səs verənlərin 64,8 i yeni siyasi partiyanın əsasının qoyulmasını məqbul hesab edib. 

Qeyd edək ki, ABŞ-da 200 ildən çoxdur ki, ikipartiyalı sistem mövcuddur - 1789-ci ildən bəri iki siyasi partiya - Demokratlar və Respublikaçılar ölkənin siyasətində dominant rol oynayırlar. Sol-mərkəzçi Demokratlar sosial ədalət, səhiyyə və bir çox sosial-iqtisadi məsələlərdə liberal islahatların aparılmasının tərəfdarıdırlar, sağ-mərkəzçi Respublikçılar dövlətin iqtisadiyyata müdaxiləsinin məhdudlaşdırılması, vergilərin azadılması və fərdi azadlıqların artırılmasına üstünlük verirlər, o cümlədən ənənəvi mühafizəkar xəttin təbliğatçısıdırlar. ABŞ-da bir neçə kiçik siyasi partiyalar da mövcuddur. Lakin bu partiyalarının siyasi ictimaiyyətində böyük gücə çevrilmələri üçün imkanları yoxdur. Artıq sosial şəbəkələrdə iddialar dolaşır ki, Maskın partiyasının əsas prinsipləri arasında iqtisadi liberalizm, sosial bərabərlik  və daha şəffaf idarəetmənin təbliğatı üstünlük təşkil edəcək. 

Yeni partiya ABŞ-da siyasi parçalanma yarada bilər?

Məsələ ilə bağlı politoloq Tural İsmaylov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Maskın yaratdığı siyasi partiya Amerika siyasi sistemində qeyri-ənənəvi bir dalğa yarada bilər. Ekspertin sözlərinə görə, Maskın texnologiya sahəsindəki nüfuzu və kütlə psixologiyasına təsir gücü seçicilərin diqqətini çəkməyə qadirdir. “Xüsusən gənc və texnologiyaya meyilli elektorat üçün o, siyasi elitalara alternativ kimi görünür. ABŞ-da mövcud ikipartiyalı sistem uzun illərdir sabitlik gətirsə də, eyni zamanda monolit və dəyişməz siyasi mədəniyyət yaradıb. Belə bir şəraitdə “üçüncü güc” kimi çıxış edən hər kəs potensial təhlükə vəd edir - sistem üçün də, seçki balansı üçün də. Maskın partiyası respublikaçılardan narazı olanları, demokratlardan bezmiş müstəqil seçiciləri cəlb edə bilər. Bu da köhnə partiyalarda parçalanma riskini artırır. İctimai qütbləşmə artıq pik həddədir və belə bir təşəbbüs həmin qütbləşməni daha da dərinləşdirə bilər,” - deyə T.İsmaylov vurğulayıb ki, Maskın şəxsi xarizması və qeyri-adi ritorikası siyasi debatlarda yeni ton formalaşdıra bilər: “O, təkcə partiya deyil, siyasi davranış modellərini də dəyişə bilər. Lakin siyasi institutlar hələ də klassik strukturlara əsaslanır və fərdi kultlardan daha çox partiya sisteminə bağlıdır. Mask öz partiyasını brend kimi təqdim etsə də, bu, yetərli deyil - əsl siyasi uğur üçün davamlılıq, ideoloji platforma və təşkilatlanma lazımdır. ABŞ seçicisinin mühüm hissəsi hələ də ənənəvi partiya loyallığına sadiqdir. Maskın partiyası müvəqqəti yüksəliş yaşasa da, sistemin içində qalıcı yer tut bilər. Amma bir həqiqət dəyişməzdir: o, artıq siyasi sistemə təzyiq elementi kimi daxil olub. Bu isə az deyil”.

Mask maneələrlə üzləşəcək?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Mətin Məmmədli qəzetimizə şərhində bildirib ki, ABŞ-da ənənəvi iki partiyaya alternativ olan yeni siyasi partiyanın yaranması və fəaliyyət göstərməsi üçün zəmin var. Ekspert qeyd edib ki, Amerika gəncləri arasında İlon Maska rəğbət bəsləyənlər çoxdur. “Hesab edirəm ki, Maskın partiyasının ətrafına Respublikaçılar və Demokratlardan narazı olanlar cəmləşəcək. Bu partiyanı dəstəkləyənlər arasında gənclər çoxluq təşkil edə bilər. Lakin burada xüsusi məqamları da nəzərə almaq lazımdır. Tramp administrasiyası Maskın rəhbərlik edəcəyi partiyanın fəaliyyətinə ciddi əngəllər yaradacaq. Çünki nəzərə almaq lazımdır ki, Maskın “Amerika” partiyası ideoloji baxımdan Respublikaçılara yaxın olacaq. Belə bir partiyanın əsasının qoyulması Respublikaçıların sosial bazasına zərbə vura bilər. Bu, Trampı və komandasını narahat etməyə bilməz. Eyni zamanda Mask digər maneələrlə üzləşəcək. ABŞ-ın mövcud seçki sistemi ölkənin idarəçiliyində üçüncü bir siyasi qüvvənin ortaya çıxmasına imkan vermir. Seçki sistemi ilə paralel olaraq institusional baryerlər də var. Bununla yanaşı, ABŞ-da media resursları demək olar ki, iki partiyanın əlində cəmləşib”. 

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 İyul 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri