Azərbaycanda Point Brower D markalı gəmi hərraca çıxarılır
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 5 səhmdar cəmiyyətinin səhm paketini, 1 "Point Brower D" markalı gəmini və 82 avtomobili hərraca çıxarmağa hazırlaşır.
XQ xəbər verir ki, hərraclar 1, 8 və 15 sentyabrda olacaq.
Belə ki, sentyabr 1-də keçiriləcək hərraca 28 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2005-2019-cu illəri əhatə edir.
Sentyabrın 8-də keçiriləcək hərraca 5 səhmdar cəmiyyətinin səhm paketi və 17 nəqliyyat vasitəsi çıxarılıb. İştirak edəcək şəxslər xidmət, yeyinti və metallurgiya sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Bunlar "Salyan Kəndkimya", "Xosrov Metal Plastmas", "Lerik Kəndkimya", "Yevlax Kəndnəqliyyat" və "Əli Bayramlı Konserv" açıq səhmdar cəmiyyətləridir. Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 68 807 -837 777 manat arasında dəyişir.
Sentyabrın 15-də keçiriləcək hərraca 38 nəqliyyat vasitəsi çıxarılıb. Bunlardan biri gəmidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 26 Avqust 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















