Icma.az
close
up
RU
Azərbaycanda pomidor niyə bahadır? “Pomidor istehsalına görə ön sıralardayıq, amma...”

Azərbaycanda pomidor niyə bahadır? “Pomidor istehsalına görə ön sıralardayıq, amma...”

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyada kənd təsərrüfatı məhsulları arasında xüsusi çəkiyə malik olan pomidorun həm strateji ərzaq məhsulu, həm də ixrac potensiallı sahə olması getdikcə daha çox vurğulanır. Azərbaycanda da bu məhsulun geniş istehsalına baxmayaraq, daxili bazarda qiymətlərin bahalığı və tədarük prosesindəki uyğunsuzluqlar ciddi narahatlıq doğurur.

Aqrar sektor üzrə ekspert, sabiq nazir müavini Vahid Məhərrəmli "AzPolitika"-ya açıqlamasında bildirib ki, Azərbaycan adambaşına pomidor istehsalı baxımından dünyada ilk 20-likdə yer alır, lakin bu üstünlük daxili bazarda əksini tapmır.

Ekspert qeyd edib ki, 2021-ci ildə Azərbaycanda adambaşına 81,5 kiloqram pomidor istehsal olunub: “Bu göstərici ilə biz bir sıra ölkələri qabaqlayırıq. Lakin sual olunur: nə üçün bu qədər pomidor istehsal olunsa da, qiymətlər bu qədər yüksəkdir?”

O əlavə edib ki, Türkiyə ildə adambaşına 162 kiloqram, İtaliya 109 kiloqram, ABŞ 86,4 kiloqram, İspaniya isə 83 kiloqram pomidor istehsal edir: “Azərbaycanın göstəricisi İspaniya ilə demək olar ki, eynidir, ABŞ-dan isə çox az fərqlənir. Amma bu ölkələrdə bazar sistemi düzgün qurulduğundan qiymətlər stabil və istehlakçı üçün əlverişlidir”.

Vahid Məhərrəmlinin sözlərinə görə, Gürcüstan adambaşına cəmi 15 kiloqram pomidor istehsal edir: “Amma maraqlıdır ki, Gürcüstanda qış aylarında supermarketlərdə pomidor 2,8–3 manata, yəni Azərbaycandakı qiymətdən 2 dəfə ucuz satılır. Bu fakt özü sübut edir ki, məsələ təkcə istehsal deyil, bazarın idarə olunması, məhsulun saxlanması və daşınması ilə bağlıdır”.

Ekspert əlavə edib ki, dünyada pomidor istehsalında ilk yeri Çin tutur. Bu ölkə yalnız 2021-ci ildə 1,14 milyon hektar sahədən 67,6 milyon ton pomidor istehsal edib: “Çində hər hektardan 59 ton məhsul götürülür. Hindistan ildə 21,2 milyon ton, Türkiyə 13,1 milyon ton, ABŞ 10,4 milyon ton, İtaliya isə 6,6 milyon ton pomidor istehsal edir. Müqayisə üçün deyim ki, Azərbaycanın ümumi istehsalı 600 min ton civarındadır, yəni bu ölkələrlə müqayisədə azdır, amma adambaşına hesablandıqda bizim göstəricilər çox da pis deyil”.

Vahid Məhərrəmli vurğulayıb ki, Azərbaycanda istixana şəraitində məhsul istehsalı artıb, amma logistika və tədarük mexanizmləri inkişaf etmədiyindən bazarda qiymət manipulyasiyası halları müşahidə olunur: “Pomidorun maya dəyəri ilə bazardakı satış qiyməti arasında böyük fərq var. Bu isə süni qiymət artımına və spekulyasiyaya yol açır”.

Ekspert hesab edir ki, kənd təsərrüfatında planlaşdırma, kooperasiya və məhsulun dövriyyəyə çıxarılması mexanizmləri təkmilləşdirilməli, mövsüm fərqlərinə uyğun qiymət siyasəti tənzimlənməlidir.

Rasim Əliyev

"AzPoıitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 İyul 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see224

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see193

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see147

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri